Fevralda Rusiyada illik inflyasiya 10,99%-ə enib
Aylıq müqayisədə istehlak qiymətləri 0,46% artıb
Rusiyada 2023-cü ilin fevralında illik inflyasiya yanvardakı 11,77%-dən 10,99%-ə enib. Marja "Rosstat"ın məlumatına istinadən xəbər verir ki, istehlak qiymətləri aylıq olaraq 0,46% artıb.
Fevralda ərzaq məhsulları yanvar ayına nisbətən 0,79%, illik müqayisədə isə (2022-ci ilin fevral ayı ilə müqayisədə) 9,33% bahalaşıb.
Qeyri-ərzaq məhsulları 2022-ci ilin fevral ayı ilə müqayisədə 11,22% bahalaşıb, yanvar ayı ilə müqayisədə isə 0,08% ucuzlaşıb.
Xidmətlərin dəyəri yanvar ayı ilə müqayisədə 0,72%, illik müqayisədə isə 13,01% artıb.
Fevral ayında meyvə-tərəvəz məhsullarının bahalaşması ərzaq məhsullarının qiymət dinamikasına əhəmiyyətli təsir göstərib. Belə ki, soğanın qiyməti 34,2%, pomidorun 15,2%, üzümün 13,7%, bananın 11,5%, armudun 7,5%, xiyarın 7,1%, kökün qiyməti 6,8% bahalaşıb. . Limonun qiyməti 4,9%, göbələklərin qiyməti 1,5%, qozun qiyməti 0,5% ucuzlaşıb.
Bundan başqa, ərzaq məhsullarından toyuq yumurtasının qiymətləri 2,6 faiz, balığın qiymətləri 2 faiz, qatıqların qiymətləri 0,9 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























