Fitch 2023-cü ildə qlobal iqtisadi artım proqnozunu 2%-ə qaldırıb
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bu il qlobal ümumi daxili məhsulun (ÜDM) artımı proqnozunu dekabrdakı 1,4%-dən 2%-ə yüksəldib.
Marja-nın məlumatına görə, Agentlik bildirib ki, yaxın müddətli perspektivdə yaxşılaşma Çinin COVID-19-dan sonra açılmasını, Avropa qaz böhranının əhəmiyyətli dərəcədə yumşalmasını, eləcə də ABŞ-ın istehlakçı tələbatındakı təəccüblü dayanıqlığını əks etdirir.
Fitch indi 2023-cü ildə qlobal iqtisadi artımı 2% səviyyəsində proqnozlaşdırır. Dekabrda agentliyin proqnozu 1,4% idi.
Fitch-in gözləntilərinə görə, 2023-cü ildə ABŞ-ın ÜDM-i əvvəllər proqnozlaşdırıldığı kimi 0,2% deyil, 1% artacaq. Bu il Çin iqtisadiyyatı üçün artım proqnozu da 4,1%-dən 5,2%-ə qaldırılıb. Avrozonada ÜDM artımı proqnozu dekabrdakı 0,2%-dən 0,8%-ə yüksəldilib.
Agentlik yazır ki, qlobal inflyasiya özünün pik həddini keçib, lakin baza inflyasiyası yüksək olaraq qalır. ABŞ Federal Ehtiyat Sistemi (FED) və Avropa Mərkəzi Bankı (ECB) inflyasiyanın indiki səviyyələrdə möhkəmlənəcəyindən ehtiyat edirlər. Fitch əlavə edir ki, əmək bazarında balanssızlıqlar davam edir.
Agentlik FED-in uçot dərəcəsinin pik səviyyəsinin 5,5% olacağını proqnozlaşdırır ki, bu da dekabr ayı proqnozundan 0,50 faiz bəndi çoxdur. ECB-nin maksimum dərəcəsi ilə bağlı proqnoz 1,00 faiz bəndi artırılaraq 4%-ə çatdırılıb. İndi Amerika tənzimləyicisinin baza faiz dərəcəsi 4,5-4,75%, Avropa tənzimləyicisinin isə 3% səviyyəsindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























