"Neftə tavan qiymət tətbiq edəcək ölkələrə neft satmayacağıq" - SƏUDİYYƏ ƏRƏBİSTANI
Səudiyyə Ərəbistanının energetika naziri bildirib ki, qiymətlərin məhdudlaşdırılması siyasəti bazarlarda dəyişkənliyə səbəb olur və sənayenin inkişafını ləngidir.Rəsmi Ər-Riyad, neftə tavan qiymət tətbiq etməyə qərar verən ölkələrə neft satmayacaq.
Marja xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl Səud çərşənbə axşamı "Energy Intelligence" nəşrinə müsahibəsində deyib .
"Əgər Səudiyyə Ərəbistanının neft ixracı məhdudiyyətlərə məruz qalarsa, tədarükümüzə qiymət tavanı tətbiq edən heç bir ölkəyə neft satmayacağıq və neft hasilatı azaldacağıq. Digər dövlətlər də eyni şeyi etsə, təəccüblənmərəm", - Əbdüləziz bin Salman Əl Səud ABŞ hökumətinin OPEC üzvləri və onların tərəfdaşlarına qarşı antiinhisar iddiaları qaldıra biləcəyini nəzərdə tutan NOPEC (Neft İstehsal və İxrac edən Kartellər Aktı) antikartel qanun layihəsini şərh edərkən bildirib.
Nazirin sözlərinə görə, qanun layihəsinin qəbulu neft bazarında tələb-təklif balansının pozulmasına gətirib çıxaracaq.
"NOPEC qanun layihəsi ehtiyat gücün əhəmiyyətini və bazarın sabitliyi üçün ehtiyat gücün olmamasının nəticələrini nəzərə almır. NOPEC həmçinin neft sənayesinə sərmayələri sarsıdacaq və qlobal tədarükün gələcək tələbdən xeyli geri qalmasına səbəb olacaq", - o vurğulayıb.
Bundan əlavə, nazir neftin qiymətinin məhdudlaşdırılması siyasətini tənqid edib, çünki bu, bazarlarda volatilliyə səbəb olur və sənayenin inkişafını ləngidir: “Mən avqust və sentyabr aylarında rəsmi olaraq bəyan etdiyim mövqeyimi təkrar etməyə məcburam, bu da odur ki, belə bir siyasət (neft qiymətlərinin məhdudlaşdırılması) qaçılmaz olaraq bazarın qeyri-sabitliyini və dəyişkənliyini gücləndirəcək və neft sənayesinə mənfi təsir göstərəcək”,
Nazir qeyd edib ki, OPEC+ alyansı qlobal enerji bazarının sabitliyini təmin etmək üçün “hər cür səy göstərib və buna nail olub”.
Ötən il mayın 5-də Senatın Hüquq Komitəsi NOPEC-in antikartel qanun layihəsini təsdiqləyib. Onun məqsədi ABŞ məhkəmələrinə OPEC ölkələri və Vaşinqtonun neft kartelləri ilə bağlı sövdələşmələrdə iştirak etdiyinə inandığı digər dövlətlərə qarşı antiinhisar işlərinə baxmaq səlahiyyəti verməkdir.
Qeyd edək ki 20 ilə yaxındır ki, bu qanun layihəsini qəbul etməyə çalışırlar. 2007-ci ildə ABŞ-ın 43-cü prezidenti Corc Buşun dövründə bu təşəbbüsün variantlarından biri həm Senatdan, həm də Konqresin Nümayəndələr Palatasından keçib. Sonra dövlət başçısı veto qoyacağını bildirdiyi üçün onu imzalanması üçün göndərməyiblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























