BP Sumqayıt məhsullarından da istifadə edəcək
BP şirkətinin nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub.
STP-dən "Marja"ya daxil olmuş məlumata görə, əvvəlcə qonaqlara STP haqqında ümumi məlumat verilib. Bildirilib ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında yaradılmış istehsal sahələrinin potensialı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsidir.
Daha sonra STP-nin baş direktoru Emin Məmmədovun da iştirakı ilə geniş tərkibli görüş keçirilib. İki şirkət arasında əlaqələr müzakirə olunub. Qonaqlar “Şahdəniz-2” layihəsində STP-nin iştirakını xüsusi vurğulayıblar və bu cür əməkdaşlıqların davamlı olmasında maraqlı olduqlarını bildiriblər.
Baş direktor da çıxışı zamanı iki şirkət arasında əlaqələrin daha da genişləndirilməsindən yana olduqlarını qonaqların diqqətinə çatdırıb. Qeyd edib ki, STP-nin tərkibində olan müəssisələr istehsal etdiyi yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən məhsulları və xidmətləri ilə istənilən layihədə uğurla iştirak etməyə hazırdır.
Görüşdən sonra BP şirkətinin nümayəndə heyəti istehsal prosesi ilə yaxından tanış olmaq üçün müəssisələri gəziblər. İstehsal olunan məhsullar haqqında geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
45 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























