“Gilan Holdinq” əczaçılıq biznesini genişləndirir
İyulun 13-də Azərbaycanın “Scandens Pharmaceuticals İndustries Ltd” MMC şirkəti tərəfindən Azərbaycanda bərk formalı dərman vasitələrini hazırlayacaq birinci əczaçılıq zavodunun təməlqoyma mərasimi də keçirilib. Zavod “SunPharma” ilə tərəfdaşlıq çərçivəsində tikilir.
RƏSMİ ÜNVANI “GİLAN HOLDİNQ”İN MƏRKƏZİ OFİSİ İLƏ EYNİDİR
“Scandens Pharmaceuticals İndustries Ltd” –nin səhmdarları barədə məlumat verilmir.
"Marja"nın əldə etdiyi məlumata görə, 2016-cı ilin İyun ayında yaradılmış bu şirkətin qanuni təmsilçisi Kamran Ralfrid oğlu Həsənovdur. Şirkətin hüquqi ünvanı Nəriman Nərimanov pr, ev 206-dır. Bu ünvanda “Gilan Holdinq”in baş ofisi yerləşir (“Gilan Holding Capital Towers” biznes mərkəzi). Sumqayıt Kimya Sənaye Parkının 8-ci rezidenti “Aqrokimya Azərbaycan” MMC-nin də rəsmi ünvanı “Gilan Holding Capital Towers” biznes mərkəzidir. “Aqrokimya Azərbaycan” MMC Azərbaycanda ilk dəfə bitki mühafizəsi vasitələri olan pestisidlərin – bitkilərin ziyanvericilərdən, xəstəliklərdən, alaq otlarından mühafizəsi üçün aqrokimyəvi məhsulların istehsalını və satışını həyata keçirəcək. “Aqrokimya Azərbaycan” MMC Sənaye Parkının 18,3 ha torpaq sahəsində ildə 57 min ton maye halında və 1 min ton toz halında pestisidlər istehsal edən müəssisə inşa ediləcək.
Pirallahı Sənaye Parkının yeni rezidenti - "Diamed Co" MMC-nin təsisçiləri məlum deyil.
İqtisadiyyat Nazirliyi iyulun 12-də bildirib ki, "Diamed Co" MMC ildə 55-58 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şprislər istehsal edəcək. Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrində bildirilir ki, hüquqi ünvanı Həsən Əliyev küç., 01 olan bu şirkətin təsisçisi Aytən Bəxtiyar qızı Quliyevadır.
Xəbər verdiyimiz kimi, iyulun 13-də “Scandens Pharmaceuticals İndustries Ltd” tərəfindən Azərbaycanda bərk formalı dərman vasitələrini hazırlayacaq birinci əczaçılıq zavodunun təməlqoyma mərasimi də keçirilib. Təməlqoyma mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev iştirak edib.
Mərasimdə bildirilib ki, yeni əczaçılıq zavodunun məhsulları Avropanın GMP standartlarına cavab verəcək ki, bu da öz növbəsində daxili tələbatı ödəmək üçün yüksək keyfiyyətli dərman vasitələrinin hazırlanmasına imkan yaradacaq. Zavod kardiologiya, nefrologiya, qastroenterologiya və diabet xəstələri üçün əczaçılıq məhsulları, o cümlədən Azərbaycan bazarı üçün mühüm olan digər dərman preparatlarını hazırlayacaq. Müəssisənin məhsullarının, həmçinin MDB və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur. Zavodun gücünün 200 milyon tablet, 40 milyon kapsul və 20 milyon ampulaya qədər artırılması planlaşdırılır. Zavod gələn ilin sonunda fəaliyyətə başlayacaq.
İlk 3 il ərzində müəssisədə istehsalat xarici menecer və texnoloqlar tərəfindən idarə ediləcək. Bu müddət ərzində yerli mütəxəssislər müstəqil iş rejimində işləməyə hazırlanacaqlar. Zavodda istehsalat prosesi yüksək texnologiyalar tətbiq edilməklə tam olaraq avtomatlaşdırılacaq. GMP qaydalarına uyğun olaraq istehsalat hər il əczaçılıq istehsalı üzrə beynəlxalq səviyyəli nüfuzlu ekspertlər tərəfindən yoxlanılacaq ki, bu da müəssisənin məhsullarının xarici bazarlara çıxışına yol açacaq.
Qeyd edək ki, “SunPharma” ABŞ-ın nüfuzlu “Forbes” dərgisinin reytinqinə görə, 39 milyard dollarlıq kapitalla Hindistanın birinci, dünyanın isə beşinci genetik əczaçılıq şirkətidir.”SunPharma” şirkətinin məhsulları dünyanın 150 ölkəsinə ixrac olunur. Həmin əczaçılıq nəhənginin tərkibində 49 zavod fəaliyyət göstərir ki, bu müəssisələr planetin 5 qitəsini əhatə edir. “SunPharma” ABŞ-ın əczaçılıq bazarında 20 ildir fəaliyyət göstərir və oradakı illik ticarət dövriyyəsinin həcmi 2 milyard dollardan yuxarıdır. Həmin dünyaca məşhur aparıcı əczaçılıq şirkəti artıq Azərbaycan bazarına da daxil olacaq.
“SunPharma” ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, bu dünya nəhənginin istehsal etdiyi preparatların ölkəmizdəki satışını eksklüziv olaraq “GünPharma” əczaçılıq şirkəti həyata keçirəcək. "Marja" xəbər verir ki, “GünPharma” MMC-nin də hüquqi ünvanı Nəriman Nərimanov pr.ev 206-dır (Gilan Holdinqin baş ofisi)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
10 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 8 saat əvvəl
-
-
10 saat əvvəl
İran sabahdan ABŞ-a bağlı İT və texnologiya şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mikayıl Cabbarov “Fiba Holdinq”in nümayəndələri ilə görüşüb, əməkdaşlıq müzakirə edilib
-
13 saat əvvəl
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
-
13 saat əvvəl
Heqset: ABŞ Rusiya və Çinin İran ətrafında nə etdiyini dəqiqliklə bilir
-
13 saat əvvəl
ABŞ-ın müharibə naziri: Bəlkə də İrana qoşun yeritməyə ehtiyac olmayacaq
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Tramp: Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib
Baffetdən xüsusi açıqlamalar: "Qeyts ilə əlaqəni kəsmişəm"
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Aprelin 1-dən qadağan edilir
“Azercell" də Baş icraçı direktor vəzifəsi yaradılıb
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək






















