Bakı Fond Birjası yeni ticarət sistemi istifadəyə verib
Mütəşəkkil Kapital Bazarının infrastrukturunu müasirləşdirən və müasir texnologiyalara cavab verən “Baku stock Exchange Trading Platform” (BETP) adlı yeni ticarət sistemi istifadəyə verilmişdirMərkəzi Bank tərəfindən Maliyyə sisteminin mühüm sahəsi kimi qiymətli kağızlar bazarının inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu sahədə mütərəqqi hüquqi, təşkilati tədbirlər həyata keçirilmiş, zəruri normativ hüquqi baza və tənzimləmə mexanizmləri yaradılmışdır.
Marja xəbər verir ki. bu, Bakı Fond Birjasının yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, 31 mart 2023-cü il tarixində Bakı Fond Birjası (BFB), Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) və maliyyə texnologiyaları sahəsində qabaqcıl korporasiyalardan biri olan Montran şirkəti tərəfindən yaradılan Qiymətli Kağızlar üzrə Ticarət Sistemi (BETP) və Mərkəzi Depozitar platforması (CEDAR) uğurla istifadəyə verilmişdir.
Yeni yaradılan sistemlər qiymətli kağızlarla həyata keçirilən bizness proseseləri səmərəli şəkildə idarə etməyə imkan verir. Bu sistemlər ən yaxşı təcrübələrə və ISO 20022 standartlarına uyğun olaraq qurulmuşdur.
Bakı Fond Birjası tərəfindən istismara verilən BETP Ticarət Sistemi, Milli Depozit Mərkəzinin CEDAR adlı Mərkəzi Depozitar Sistemi Azərbaycanın Kapital Bazarı İnfrastrukturunun təkmilləşdirilməsində və ölkənin qiymətli kağızlar bazarının dayanıqlı şəkildə inkişaf etdirilməsində mühüm rol oynayacaqdır. BFB-nin BETP Ticarət Sistemi vasitəsilə qiymətli kağızlar real vaxt rejimində alqı-satqısına və repo əməliyyatlarının həyata keçirilməsinə imkan verir.
Bakı Fond Birjası haqqında:
“Bakı Fond Birjası” QSC Azərbaycanda fəaliyyət göstərən yeganə fond birjasıdır. Bakı Fond Birjasının əsas missiyası maliyyə vəsaitlərinin yerli emitentlər tərəfindən cəlb olunması üçün vasitələrin geniş spektrinin təmin olunması vasitəsilə Azərbaycan Respublikasının iqtisadi artımına yardım, maliyyə sistemində satış qabiliyyətinin təkrar paylanması üçün platformanın təmin olunması, yerli və əcnəbi investorlar üçün şəffaf investisiya mühitinin təqdim olunmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
7 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)







