Dövriyyədə olan nağd pul artıb
Dövriyyədə olan nağd pul artıb.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 2017-ci ilin İyun ayının 1-nə dövriyyədə 7 milyard 56.8 milyon manat nağd pul olub. Mayın əvvəlində bu rəqəm 6 milyard 829.7 milyon manat, Yanvarda isə 6 milyard 541 milyon manat idi.
Mayda pul bazası 10 milyard 363.8 milyon manatdan 10 milyard 88.0 milyon manata düşüb, o cümlədən manatla pul bazası 7 milyard 628.1 milyon manatdan 7 milyard 788.7 milyon manata qalxıb. Pul bazasına - dövriyyədə olan nağd pul, müxbir hesablar , o cümlədən məcburi ehtiyatlar daxildir.
Mayda müxbir hesablardakı vəsaitlər 3 milyard 489.5 milyon manatdan 2 milyard 983.8 milyon manata, məcburi ehtiyatlar isə 138.2 milyon manatdan 137 milyon manata düşüb.
Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 65.9%-dən 70%-ə qalxıb.
Pul bazası dedikdə -Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
7 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
7 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
12 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 18 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb























