Azərbaycanın internet trafiki xidmətləri göstərən şirkəti 24 milyon manat xalis mənfəət əldə edib
"Delta Telekom LTD" MMM 2021-ci ili 23 milyon 919 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2020-ci ili 19 milyon 119 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "Delta Telekorn LTD"nin xalis mənfəəti 4 milyon 800 min manat və ya 25,1% artıb.
Marja.az "Delta Telekom LTD" MMM-nin 31 dekabr 2021-ci il tarixində bitən il üzrə konsolidə edilmiş hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ildə şirkətin satışdan gəlirləri (internet və digər xidmətlər, avadanlığın satışı) 67 milyon 233 min manat ikən, 2021-ci ildə 66 milyon 382 min manata düşüb. Satışdan gəlirlərin azalması avadanlıqların satışından gəlirin azalması ilə əlaqədardır.
Belə ki, "Delta Telekom LTD" şirkətinin internet və digər xidmətlərdən gəlirləri 2020-ci ildəki 64 milyon 814 min manatdan 2021-ci ildə 65 milyon 851 manaat yüksəlib, avadanlığın satışından gəliri 2 milyon 131 min manatdan 206 min manata düşüb. Şirkət 2021-ci ildə icarədən 325 min manat gəlir əldə edib (2020-ci ildə 288 min manat).
Gəlirlərin azaldığı bir ildə xalis mənfəətin artması xərclərin azaldılmasından qaynaqlanır. Belə ki, "Delta Telekom LTD"nin cəmi əməliyyat xərcləri 2020-ci illə müqayisədə 2021-ci ildə 5 milyon 311 min manat və ya 14,7% azalaraq 36 milyon 28 min manat təşkil edib.2020-ci ildə "Delta Telekom LTD"nin cəmi əməliyyat xərcləri 41 milyon 339 min manat təşkil etmişdi.O cümlədən, Şirkətin quraşdırma və kabel işləri üzrə xərcləri 2,3 dəfə azalaraq 1 milyon 606 min manata düşüb.
2000-ci ildə yaradılmış "Delta Telekom LTD" yerli və xarici internet provayderlərinə, eləcə də iri dövlət və özəl müəssisələrə internet trafiki xidmətlərinin göstərilməsilə məşğul olur. "Telekom İnvest" MMC şirkəti "Delta Telekorn LTD"nin törəmə şirkətidir və törəmə müəssisəsinin nizamnamə kapitalının 75%-nə sahibdir. 31 dekabr 2020 və 2021-ci il tarixlərinə Şirkətin müvafiq olaraq 213 və 200 nəfər işçisi olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 5 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub



















.jpg)





