Çəkisi 20 min tona yaxındır, dənizin 140 metr dərinliyində quraşdırılacaq - 6 MİLYARD DOLLARLIQ LAYİHƏ
ACE platformasının üst modulları hazırdırBu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azəri Mərkəzi Şərqi (ACE) platformasının üst modullarının inşa edildiyi Bayıl tikinti-quraşdırma sahəsində olub.
Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru bp şirkətinin yaydığı məlumatda bildirilir ki, Prezident artıq tikinitsi başa çatmış üst modullar qurğusunu gəzərək 2023-cü ilin ikinci rübündə dənizə öz daimi yerinə yola salınacaq bu obyektin rəsmi açılışını edib.
ACE platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19600 tondur.
Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində Azfen şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib. Hazırda tikinti işlərinin və sahə istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu sınaqlar artıq 95% tamamlanıb.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Cənab Prezident İlham Əliyevi ACE platformasının üst modullarının tikildiyi istehsalat sahəsində qarşılamaq və ona layihədə əldə olunmuş möhtəşəm uğurlar barədə məlumat vermək qürurverici idi.
Üst modulların tamamlanması ACE layihəsinin yekunlaşması istiqamətində son mühüm mərhələlərdən biridir. Hazırda sahədə istismar sınaqları aparılır və bu işləri 2023-cü ilin ikinci rübündə başa çatdırmağı planlaşdırırıq. Bundan sonra üst modullar STB-1 daşıma barjasına yüklənəcək, dənizə göndəriləcək və artıq AÇG yatağı sahəsində öz yerində olan dayaq blokunun üzərinə quraşdırılacaq. Daha sonra bizə bir neçə ay lazım olacaq ki, tikinti işlərinin və istismar sınaqlarının dənizdə aparılacaq hissəsini tamamlayaq və sonra ACE platformasından ilk neftin 2024-cü ilin əvvəllərində əldə olunması üçün birinci quyunu qazmağa başlayaq.
ACE layihəsinin həyata keçirilməsində göstərdikləri əvəzsiz dəstəyə görə cənab Prezident İlham Əliyevə və Azərbaycan Hökumətinə öz təşəkkürümü bildirirəm. Həmçinin SOCAR-a və bütün tərəfdaşlarımıza dəstəklərinə görə və layihənin gerçəkləşməsində zəhməti olan hər kəsə - bp-nin, Azfen-in, digər podratçı və subpodratçı təşkilatların əməkdaşlarına minnətdarlığımı bildirmək istəyirəm”.
Layihənin pik dövründə üst modulların tikintisi işlərinə 4400 nəfərədək işçi cəlb edilib və onların 90%-dən çoxu Azərbaycan vətəndaşı olub.
Sahədə əməyin təhlükəsizliyi üzrə göstəricilər yüksək səviyyədədir – üst modulları inşa edən işçi heyəti bu yaxınlarda heç bir xəsarətə yol vermədən 20 milyon iş saatı icra edilməsini qeyd edib.
Qeyd edək ki. 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir.
ACE layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud Mərkəzi Azəri və Şərqi Azəri platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə həmçinin yeni yataqdaxili sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG Faza 2 sualtı ixrac kəmərlərinə qoşulacaq.
Bundan əlavə, laya vurulan suları Mərkəzi Azəri kompressiya və suvurma platformasından ACE qurğularına nəql etmək məqsədilə ACE və Şərqi Azəri platformaları arasında suvurma boru xətti olacaq.
ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində 300 milyon barelədək neftin hasil olunması proqnozlaşdırılır.
Platforma Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək. İdarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib.
Ümumi layihə üzrə tikinti işləri 2019-cu ildə başlanıb və iş həcminin 85%-i artıq tamamlanıb. Layihədə heç bir xəsarətə yol vermədən 25 milyon saatdan çox iş yerinə yetirilməklə möhtəşəm texniki təhlükəsizlik göstəricisi əldə edilib.
Layihənin pik dövründə Azərbaycanda tikinti işlərinə 8500 nəfərdən çox işçi cəlb edilib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























