Azərbaycanda çiyid səpininə start verilib
Azərbaycanın pambıqçılıq rayonlarında çiyid səpininə start verilib.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, səpin ərəfəsində Nazirliyin, pambıqçılıq rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, pambıq tədarükü və emalı şirkətlərinin iştirakı ilə çoxsaylı görüşlər keçirilib, sahənin inkişafı ilə bağlı hədəflər müəyyənləşdirilib, onların həlli məqsədilə Nazirliyin müvafiq qurumları tərəfindən tədbirlər planı hazırlanıb, bu tədbirlərin aidiyyəti üzrə icraçıları və müddətləri müəyyən edilib.
Aprelin 17-dək respublika üzrə pambıq emalı və tədarükü şirkətləri tərəfindən 15434 mülkiyyətçi ilə 92 min hektar sahədə pambıq istehsalı məqsədilə müqavilə bağlanılıb və həmin sahələrin 90 min hektarında şum işləri aparılıb. Müqavilələrin bağlanması prosesi davam edir.
Aprelin ikinci ongünlüyündə pambıq tarlalarında çiyid səpininə başlanılıb və artıq 17.7 min ha sahədə səpin həyata keçirilib.
Nazirliyin əməkdaşları ölkənin aparıcı pambıqçılıq rayonlarından olan Sabirabadda çiyid səpininin gedişi ilə tanış olublar.
Bu il Sabirabad rayonunda pambıq emalı və tədarükü şirkətləri 2655 fermer ilə 11400 hektar sahədə pambıq əkininə dair müqavilə imzalayıblar. Əkin aparılacaq bütün sahələrdə şum işləri artıq başa çatıb və 2.0 min hektara yaxın sahədə isə çiyid səpini həyata keçirilib.
Qeyd edək ki, 2022-ci il pambıqçılıq mövsümündə sahələrdən 322300 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Pambıq üzrə orta məhsuldarlıq 30,92 sent/ha təşkil edib ki, bu da bir il əvvəlki mövsümlə müqayisədə 2,42 sent/ha artıqdır. 2022-ci ildə bir il əvvəllə müqayisədə sahələrdən 35259 ton artıq məhsul yığılıb.
Azərbaycanda pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ildə tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə fermerlərə 170 manat məhsul subsidiyası ödənilib. Şuranın qərarı ilə 2023-cü il mövsümündə fermerlərə təhvil verəcəkləri pambığın hər tonuna görə 180 manat məhsul subsidiyası ödəniləcək.
2022-ci ildə pambıq tədarükü və emalı müəssisələri məhsulun fermerlərdən alış qiymətinin artırılmasına dair iki dəfə qərar qəbul ediblər. Xam pambığın alış qiyməti hər tona görə mövsümün əvvəlində 50 manat və yığım ərəfəsində də 50 manat olmaqla ümumilikdə 100 manat artırılıb.
2022-ci ildə pambığın fermerlərdən alış qiyməti 1-ci növ üçün 800 manat, 2-ci növ üçün 780 manat, 3-cü növ üçün 740 manat, 4-cü növ üçün 700 manat olartaq müəyyənləşib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 10 d. əvvəl
- 15 d. əvvəl
- 19 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Xalq Bankda yeni təyinatlar
Ən çox oxunanlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Bank marketinq agentliyi xidmətləri satın alır
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Dekabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb












.jpg)

.jpg)

