Birjalarda son vəziyyət
Keçən həftə verilən açıqlamalara baxdığımızda həm Federal Ehtiyyatlar Sistemi, həm də Avropa Mərkəzi Bankının rəsmilərinin inflyasiyanın azaldılmasının zaman alacağı, ona görə də yüksək faiz dövrünün də uzun olmasının gərəkliliyi qənaətində olduğunu demək olar. Birjalar FED-in faiz artımını ECB-dən daha tez tamamlayacağını qiymətləndirsələr də, hər iki mərkəzi bankın erkən hərəkət etməyin nəticələrinin gecikmədən daha ağır olacağı fikrində həmfikir olduğu görünür.
Bu həftə cümə axşamı günü Amerikada açıqlanacaq ÜDM-in həcmi və ÜDM-də Qiymət İndeksi, həmçinin cümə günü dərc olunacaq şəxsi xərclərə dair göstəricilər dollar indeksində qiymətlərin formalaşmasında həlledici roll oynaya bilər.
Dollar indeksi isə 100.80 bənd səviyyəsindəki dəstək həddini qorusa da, fevralın əvvəlindəki kimi canlanma göstərə bilmir. İndeksdə 103.50 səviyyəsindəki müqavimət həddi qırılmadığı müddətcə eniş tendensiyası davam edə bilər. Artım tendensiyasının bərpası üçün ilk növbədə 103.50 bənd səviyyəsindəki psixoliji baryer qırılmalıdır.
EUR
Avrozonada artımla açıqlanan inflyasiya göstəricilərindən sonra keçən həftə 1.1060 hədlərini test etdikdən sonra, mərkəzi bankların rəsmilərinin açıqlamaları fonunda 1.0920 səviyyəsinə geriləyən EUR/USD məzənnəsi cari ticarət həftəsinin ilk günündə yenidən artım tendensiyasını bərpa edərək 1.1060 həddinə doğru hərəkət edir. “Buğalar” qiyməti bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası 1.1200 hədlərinə kimi davam edə bilər.
Bu həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq İqtisadi İnkişaf Səviyyəsi, həmçinin Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri EUR/USD cütlüyündə tendensiyanın gedişatına ciddi təsir edə bilər.
GBP
Ötən həftə proqnozların üzərində açıqlanan inflyasiya göstəricilərindən sonra artım tendensiyasını bərpa edən GBPUSD məzənnəsi cari ticarət həftəsinin ilk günündə yenidən 1.2480 hədlərinə yüksəlib. Dollar indeksi üzərində təzyiqlər davam edərsə, funt dollar qarşısında 1.26$-a kimi bahalaşa bilər.
GOLD
Ötən həftənin sonu 1974$-a kimi ucuzlaşan qızıl bu səviyyədən dəstək alaraq yenidən bahalaşmağa başlayıb. Hazırda 1990$ hədlərində ticarət olunan qiymətli mütalın bir unsiya üzrə dəyəri 2000$ hədləri üzərində möhkəmlənə bilsə, artım tendensiyası 2032$, və 2052$-a kimi davam edə bilər.
Təhlil İnvest-AZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 21 saat sonra
-
- 42 d. əvvəl
-
58 d. əvvəl
Ramanada torpaq sahələrini satan 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Bakı ilə Bratislava arasında birbaşa reys açılır - TARİX
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Dövlət şirkəti “Azəristiliktəchizat”ın yığılmış zərəri azalsa da, 115 milyon manata yaxın olaraq qalıb
Azərbaycanda BYD-nin yeni flaqman şourumu istifadəyə veriləcək, regional ehtiyat hissələri anbarı yaradılacaq
BYD Azərbaycanda rəsmi fəaliyyətə başladı
Tesla üçsıralı Model Y-ni ABŞ-da satışa çıxarıb
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq























