Azərbaycanlı şagird Kanadanın 7 universitetindən qəbul alıb
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində təhsil alan Nuray Həsənova Kanadanın 7 universitetindən qəbul alıb.
Marja-ya verilən məlumata görə, Nuray Həsənova Azərbaycanda Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinfində təhsil alır.
N. Həsənova xanım ümumi təhsil müddətində aşağıdakı nailiyyətləri qazanıb:
1) "İstedadlı Uşaqlar festivalı" da uğurlarına görə diplomla təltif olunub.
2) "Math Without Borders" beynəlxalq olimpiadasında 6 dəfə medal (3-ü gümüş, 3-ü qızıl olmaqla) qazanmışdır.
3) Məktəb müdiriyyəti tərəfindən hər il “Təqdirnamə”lər və “Fəxri Fərman”larla təltif olunmuşdur.
4) 9-cu sinifdən etibarən Respublika Fənn Olimpiadalarında iştirak etmişdir. Hal-hazırda da coğrafiya fənni üzrə keçiriləcək Respublika fənn olimpiadasının final mərhələsinə vəsiqə qazanmışdır.
5) 11-ci sinif Buraxılış imtahanından Riyaziyyat-100, İngilis dili-98,2, Ana dili-93,3 bal olmaqla ümumi 291,5 bal toplamışdır (maksimal bal 300 baldır).
6) İngilis, Alman dillərini yüksək səviyyədə bilir.
Nuray “Data Science” üzrə Bakalavr təhsili almaq məqsədilə Kanadanın top universitetlərinə müraciət edib və 7 universitetdən qəbul alıb. Onların "Top 5"likdə olanları aşağıdakı univesitetlərdir.
1) "University of Toronto"
2) "University of British Columbia" (4 il üçün 80 000 CAD təqaüd verilib)
3) "University of Alberta"
4) "University of Waterloo"
"University of British Columbia" Nuraya 4 il təhsil müddətində 80 000 Kanada dolları (CAD) məbləğində təqaüd verib.
"University of British Columbia" Dünyada “Data Science” üzrə ən yüksək təhsil verən universitetlərin "Top 5"liyində olduğu üçün, Nuray Həsənova bu universiteti seçməyi düşünür.
Nuray bu sahə üzrə yüksək keyfiyyətli təhsil almasıyla dünyaya, eləcə də Azərbaycana faydalı insan, mütəxəssis kimi formalaşacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
11 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
20 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
32 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 36 d. əvvəl
-
37 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
1 saat əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Ən çox oxunanlar
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti






























