Azərbaycan 2013-cü ildən bugünədək kosmik fəaliyyətdən 515 milyon manat qazanıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") gəlirlərinin 90 %-i xarici bazarlardan formalaşıb.
Bunu "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Kosmik fəaliyyət haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Bütün diqqəti xarici bazarlara yönəltmişik. 2013-cü ildən bu günə "Azərkosmos" 515 milyon manat gəlir əldə edib. Bunun 90 %-i xarici bazarlardan olub. Yəni biz dollar və avro ilə gəlir əldə edirik və ölkəmizə valyuta axınına dəstək veririk", - S.Əsədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın 42 öllkədə 182 müştərisi var: "Bunların əksəriyyəti Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrindədir. Peyk tutumlarımızın 80 %-dən xidmət göstərilir. Bu faiz dəyişkəndir. Bəzən 90 %-ə qalxır. Amma ümumi sənayedə utilizasiya faizi 80 %- ə yaxındır".
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?

















.jpg)


