İlon Mask Twitter-in Baş direktoru vəzifəsindən istefa verir - "AXMAQ" BİRİNİ TAPIB
Twitter-in baş direktoru Elon Musk şirkət üçün yeni baş direktoru işə götürdüyünü açıqlayıb.İlon Mask (Elon Musk) Twitter-in baş direktoru vəzifəsindən istefa verir.
Marja xəbər verir ki, Mask Twitter hesabında etdiyi paylaşımda, "Twitter üçün yeni Baş direktor işə götürdüyümü elan etməkdən çox həyəcanlıyam. Təxminən 6 həftə sonra işinə başlayacaq" deyib.
Yeni direktor vəzifəsinin icrasına başladıqdan sonra şirkətdəki rolunun nə olacağını açıqlayan Mask, rolunun məhsullara, proqram təminatına və xidmətlərə nəzarət edən İdarə Heyətinin sədri və Baş Texnologiya Direktoru olacağını bildirib.
Maskın paylaşımından yeni Baş direktorun qadın olacağı anlaşılsa da, adı açıqlanmayıb.
O, işi götürmək üçün kifayət qədər "axmaq" birini tapdıqdan sonra baş direktor vəzifəsini tərk edəcəyini söyləmişdi.
Keçən ilin dekabrında İlon Mask Twitter-in baş direktoru vəzifəsindən istefa verib-verməməsi ilə bağlı sorğu keçirəcəyini və nəticəni qəbul edəcəyini açıqlamışdı.
Maskın sorğusunda 17 milyon 500 mindən çox insan səs vermişdi. Sorğunun nəticələrinə görə, iştirakçıların 57,5 faizi Maskın getməsinə, 42,5 faizi isə davam etdirilməsinə üstünlük verdiyini bildirmişdi.
Mask şirkətin idarəçiliyini ələ keçirəcək qədər “axmaq” birini tapan kimi Twitter-in baş direktoru vəzifəsində işləyəcəyini, sonra istefa verəcəyini bildirmişdi.
Bəzi Tesla səhmdarları Twitter-in Maskın diqqətini yayındırdığına inanırdılar və onun Tesladakı vəzifələrinə diqqətini cəmləyə bilməməsindən narahat idilər.
XXX
"NBCUniversal"ın satış direktoru Linda Iaccarino-nun Twitter-in yeni baş direktoru olması üçün danışıqlar aparılır. Bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
43 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 46 d. əvvəl
-
55 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
58 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir



















.jpg)




