“Yer və yol betonlarında müasir texnologiyalar” mövzusunda konfrans keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Yer və yol betonlarında müasir texnologiyalar” mövzusunda konfrans keçirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konfrans AzMİU, “Turquoise” MMC, Türkiyənin “Arfen” və “Bekaert” (Dramix) şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin AzMİU-dakı büstü önünə əklil qoyub, xatirəsinə etiramlarını bildiriblər.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova konfransın açılış mərasimində çıxış edərək qonaqları, iştirakçıları salamlayıb, mövzunun aktuallığına toxunub. Rektor konfransın universitetin professor-müəllim heyəti və tələbələri üçün faydalı, eləcə də praktik məlumatların ötürülməsindəki rolundan danışıb.
Konfransın ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilməsinin təsadüfi olmadığını qeyd edən professor Gülçöhrə Məmmədova Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin tikinti sektoruna hər zaman dəstək verdiyini, diqqət və qayğı göstərdiyini vurğulayıb.
“Bekaert” şirkətinin Yaxın Şərq, Türkiyə və MDB ölkələri üzrə direktoru Saed Mattar çıxışında təmsil etdiyi şirkətin Azərbaycanın elm tutumlu müəssisələrilə, xüsusilə AzMİU ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Saed Mattar qeyd edib ki, AzMİU alimlərinin yer və yol betonları üzrə elmi tədqiqatlarının istehsalatda tətbiqi səmərəliliyi artıra bilər.
“Bekaert” şirkətinin texniki direktoru Mehmet Yerlikaya, satış müdiri Gürkan Erkal və mühəndislik müdiri Mertkan Mete də çıxışlarında konfransın əhəmiyyətindən, aktuallığından, həmçinin yer və yol betonları istiqamətində verəcəyi töhfədən danışıblar.
Çıxışlardan sonra istehsalatdan olan mütəxəssislərin “Yer betonu, döşəmə birləşmləri, keramika, qranit və mərmər örtükləri üçün dərz profilləri” və “Yer və yol betonlarında polad tellərin istifadəsi” mövzularında məruzələri dinlənilib.
Konfrans mövzu ərtafında sual-cavab formatında davam etdirilib.
Qeyd edək ki, konfransın keçirilməsində məqsəd yer və yol betonları üzrə müasir texnologiyaların tətbiqi məsələlərində elmi-texniki tədqiqatların təşviqi, qabaqcıl şirkətlərin təcrübələrinin öyrənilməsi və innovativ yenilikləri mütəxəssislərin diqqətinə çatdırmaqdan ibarətdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 16 d. əvvəl
-
- 22 d. əvvəl
- 31 d. əvvəl
-
42 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 46 d. əvvəl
-
58 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)



.jpg)








.jpg)

