Vergi və Gömrükdə “Təqib və İzləmə” sistemi gəlir
“Təqib və İzləmə” layihəsinin təqdimatı olubMayın 30-da Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsinin, Dövlət Vergi Xidmətinin əməkdaşları və sahibkarlar iştirak ediblər.
Tədbirdə son dövrlərdə gömrük sistemində həyata keçirilən yeniliklər, layihələr, elektron xidmətlər barədə ətraflı məlumat verilib.
Daha sonra Dövlət Vergi Xidmətinin “Təqib və İzləmə” layihəsi ilə bağlı geniş təqdimat nümayiş etdirilib, yeni tətbiqin üstünlükləri və əhəmiyyəti sahibkarların diqqətinə çatdırılıb.
Bildirilib ki, dünyada bütün təşkilatlar üçün strateji prioritet hesab olunan təqib və izləmə sistemi təchizat zəncirinin keyfiyyəti, səmərəliliyini artırmaqla yanaşı, nəzarət altında olan aksizli məhsulların təhlükəsizliyinin təmin edilməsini, saxtalaşdırılmasının qarşısının alınmasını təmin edir.
Qeyd edək ki, yaxın müddətdə Dövlət Vergi Xidməti tərəfindən istifadəyə veriləcək Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sisteminin Dövlət Gömrük Komitəsinə də inteqrasiyası nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
-
13 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 16 d. əvvəl
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 39 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)










.jpg)







