İndiyədək "Azəri-Çıraq-Günəşli" və “Şahdəniz”dən hasilatın həcmləri açıqlandı
"Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənilməsinə başlanılandan mayın 1-dək 573 milyon ton neft hasil edilib.
Bu sözləri SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə iyunun 2-də Bakı Enerji Forumunda deyib.
O bildirib ki, indiyə qədər yataqlar blokundan 208 milyard kubmetr qaz hasil olunub. Həmçinin indiyədək AÇG-də hasil edilən neftin 340 milyon tondan çoxu Azərbaycanın mənfəət neftinin payına düşüb.
X.Yusifzadə qeyd edib ki, Azərbaycanda hasil edilən 654 milyon ton neftin 484 milyon tonu “Bakı-Tbilisi-Ceyhan” kəməri vasitəsilə dünya bazarlarına çıxarılıb.
İndiyədək “Şahdəniz” qaz-kondensat yatağından 192 milyard kubmetr qaz hasil edilib
"Cari il mayın 1-dək “Şahdəniz” qaz-kondensat yatağından 192 milyard kubmetr qaz hasil edilib", - Xoşbəxt Yusifzadə iyunun 2-də Bakı Enerji Forumunda deyib.
Onun sözlərinə görə, bu günə qədər yataqdan 41 milyon ton kondensat da hasil olunub: “Yatağın qaz ehtiyatları 1,2 trilyon kubmetr, kondensat ehtiyatları isə 240 milyon ton qiymətləndirilir”.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)
