Elektromobillər ilə tarixə səyahət
3 iyun tarixində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elektrik avtomobillər yürüşü uğurla baş tutub.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) təşkilatçılığı ilə ən yeni elektromobillərdən ibarət "karvan" Heydər Əliyev Mərkəzindən Qobustan dövlət tarixi-bədii qoruğu marşrutu ilə hərəkət edərək, paytaxt sakinlərinin və çoxsaylı turistlərin marağına səbəb olub.
AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev Qobustan qoruğunda təşkil olunmuş xüsusi tədbiri açıq elan edərək, məlumat verib ki, aksiyanın məqsədi Heydər Əliyev irsinin təşviqi, eyni zamanda dövlət əhəmiyyətli tarixi-bədii qoruqlara, ətraf mühitin qorunmasına, gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsinə tövhə verməkdir. Təsadüfi deyil ki, yürüşün final mərhələsində məktəblilər arasında elan olunmuş "Gələcəyin ekoloji avtomobili" mövzusunda "onlayn" rəsm müsabiqəsinin qaliblərinin elan olunması nəzərdə tutulmuşdu.
"Ulu Öndər Heydər Əliyevin 100 illiyinin Azərbaycan ərazisində mövcud olan ən qədim insan məskənində qeyd edilməsi və eyni tədbirdə gələcəyi təsvir edən istedadlı uşaqların təltif olunması zənnimcə son dərəcə simvolik məna daşıyır." - N.Zərbəliyev qeyd etdi.
Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" proqramında təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər təyin edilmişdir.
Bu proqram çərçivəsində Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) artıq bir sıra tədbirlər həyata keçirmişdir. Bunlardan Bakı-Mingəçevir marşrutu ilə "Yaşıl ölkə 2022" ekoloji avtomobillər yürüşü, "Avto Eko 2023" elektrik avtomobillər sərgisini misal gətirmək olar. Azərbaycanda ilk elektromobillər yürüşü bu sırada ən parlaq aksiya olub.
Maraqlıdır ki, ən qabaqda hərəkət edən elektromobili Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev idarə edib və bu münasibətlə finişdə xüsusi təşəkkürnamə ilə təltif olunub. Daha sonra ekologiya naziri gələcəyin ekoloji avtomobillərini yaratmış gənc rəssamların diplom və mükafatlarını təqdim edib. Rəsmi hissədən sonra qonaqlar üçün çay süfrəsi və Qobustan qoruğuna ekskursiya təşkil olunub.
Tədbiri yekunlaşdırarkən AADA sədri bu layihənin gerçəkləşməsində dəstək göstərmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Azərbaycan Avtomobil Federasiyasına və eləcə də AADA-nın daimi tərəfdaşları "Mashin.Al" onlayn avtomobil mərkəzi və elektromobillər üçün "şarj" avadanlığı idxal edən "MLK Tech Group"a təşəkkür edib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 14 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 22 saat əvvəl
-
22 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
22 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)




.jpg)



.jpg)








