Maliyyə Nazirliyində geniş kollegiya iclası
İyulun 19-da Aərbaycan Respublikası Maliyyə Nazirliyində Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqlara, 2017-ci ilin birinci yarısında dövlət büdcəsinin icrasının gedişi və 2018-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin müzakirəsinə və qarşıda duran digər vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov 2017-ci ilin ilk altı ayının sosial-iqtisadi yekunlarından bəhs etmiş, ötən dövr ərzində aparılmış makroiqtisadi siyasətin nəticəsi olaraq ölkədə məzənnə sabitliyinin bərpa olunduğunu, qeyri-neft ixracı, habelə strateji valyuta aktivlərinin artdığını, eyni zamanda ümumi daxili məhsulun azalma templərinin səngidiyini qeyd etmişdir.
Qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı hökumətin gələcək fəaliyyətində prioritet istiqamətin dəyişmədiyini vurğulamış, qeyri-neft sektorunun, xüsusilə də sənaye və kənd təsərrüfatının aparıcı sahələrinin inkişafı, iqtisadiyyatın səmərəliliyi və dayanıqlılığının təmin edilməsi, bölgələrə investisiyaların cəlb edilməsinə dair mərkəzi və yerli icra orqanları qarşısında mühüm vəzifələr qoymuşdur.
2017-ci ilin ilk 6 ayında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirildiyini, əmək haqqı, müavinət, pensiya və digər sosial xərclərin, həmçinin dövlət borcu üzrə öhdəliklər və digər zəruri xərclərin tam və vaxtında maliyyələşdirildiyini qeyd edən S.Şərifov ilin ikinci yarsında da sosial müavinətlər, maaş, pensiya, təqaüd, və digər bütün sosial ödənişlərin vaxtı-vaxtında maliyyələşdirilməsinin təmin olunacağını vurğulamışdır.
İclasda bildirilmişdir ki, ilin ilk 6 ayında bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat obyektlərini özündə birləşdirən sosial layihələrin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin ahəngdar maliyyələşdirilməsinə nail olunmuşdur.
İlin birinci yarısında dövlət büdcəsinin icrası vəziyyəti ilə əlaqədar qeyd edilmişdir ki, bütövlükdə 6 ayda icmal büdcənin gəlirləri 11,6 mlrd. manat və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz, xərcləri isə 11,5 mlrd. manat və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz çox icra edilmişdir. Dövlət büdcəsinin mədaxili isə 7,7 mlrd. manat və ya 102,3 faiz, xərcləri isə 8,2 mlrd. manat və ya 100,0 faiz icra edilmişdir.
2017-ci ildə Maliyyə Nazirliyinin qarşısında duran vəzifələr arasında 2018-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda qoyulmuş tarixlərə uyğun olaraq aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı işlərin təşkilinin vacibliyi xüsusilə vurğulanmışdır. Təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq təşkilatlar üzrə sifarişlərin və gəlirlər üzrə proqnozların nazirliyə daxil olduğunu nəzərə alaraq aidiyyəti struktur bölmələrə, dövlət xidmət və agentliklərə 2018-ci il dövlət və icmal büdcə layihələri və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin tərtibi işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.
2018-ci il dövlət büdcəsinin gəlirlərinin təmin olunması ilə bağlı qarşıda duran vəzifələr kimi qeyri-neft gəlirlərinin qeyri-neft ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin və vergi daxilolmalarının yığım əmsalının artırılması, vergi borclarının ləğv edilməsi və vergidən yayınmaların qarşısının alınması istiqamətində tədbirlərin gücləndirməsi, respublikanın şəhər və rayonlarının yerli gəlir və xərclərinin tarazlaşdırılması istiqamətində işlərin davam etdirilməsi, dövlət büdcəsi layihəsinin tərtibi prosesinin və xərclərinin strukturunun təkmilləşdirilməsi, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi, xərcləri optimallaşdırmaqla orta və uzunmüddətli dövrləri əhatə edən proqramlar əsasında büdcə tərtibinin daha da genişləndirilməsi qeyd edilmişdir.
Kollegiya iclasında Azərbaycan Respublikasında 2018-ci il və sonrakı üç il üçün makro-fiskal çərçivə və “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il 1180 nömrəli Fərmanına müvafiq olaraq Maliyyə Nazirliyinə tapşırılmış fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni büdcə qaydasının, dövlət borc siyasəti strategiyasının və ortamüddətli xərclər çərçivəsi və nəticəəsaslı büdcə tərtibi mexanizmi ilə bağlı təkliflərin hazırlanması barədə maliyyə nazirinin müavini Emin Hüseynovun məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, Maliyyə Nazirliyi qarşısında qoyulmuş tapşırıqlara uyğun olaraq beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla büdcə qaydalarının tətbiqi ilə bağlı normativ-hüquqi aktların və dövlət borcunun idarəedilməsi üzrə orta və uzunmüddətli strategiya sənədinin layihələri, habelə ortamüddətli xərclər çərçivəsi və nəticəəsaslı büdcə mexanizminin formalaşdırılmasına dair təkliflər hazırlanmışdır. Kollegiya iclasında hazırlanmış sənədlərin nəzərə alınması və qısa müddət ərzində Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası və Nazirlər Kabinetinə təqdim edilməsi barədə qərar qəbul edilmişdir.
İclasda həmçinin, “2017-ci ilin birinci yarısında dövlət büdcəsinin icrasının gedişi haqqında” və “Dövlət gəlirlərinin proqnozlaşdırılması və modelləşdirilməsi metodologiyası”nda dəyişikliklər edilməsi haqqında” məruzələr dinlənilmiş, müzakirələrdən sonra müvafiq qərarlar qəbul edilmişdir.
Sonra Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Maliyyə Nazirliyinin 8 nəfər əməkdaşına medallar təqdim olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 17 saat sonra
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
-
-
3 saat əvvəl
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
-
3 saat əvvəl
Azərbaycanda Amerika Ticarət Palatasında icraçı direktor vəzifəsinə yeni təyinat
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Microsoft-dan 150 min dollar "Azure Credits" cəlb edən ilk Azərbaycan Aİ-startapı
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan “Gül kimi” təklif
"PAŞA Bank"ın səhmdarlarının pay bölgüsü dəyişə bilər
Ən çox oxunanlar
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırılıb
Ödəniş təşkilatının vəzifəli şəxsini cərimələnib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılacaq
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
“Premium Bank”da yeni təyinat





















