Birjalarda son vəziyyət
FED-in növbəti həftə baş tutacaq iyun toplantısında FOMC-un uçot dərəcəsini artırmayacağı ehtimallarınını 74-75% səviyyəsini keçməsi fonunda dollar indeksində yüksəliş tendensiyası bir qədər səngiyib.
Eyni zamanda analitiklər hesab edirlər ki, FED iyul toplantısında uçot dərəcəsini 25 baza bəndi artacaq və bu artımla çatılacaq 5.25-5.50% səviyyəsi faiz artımı dövrünün ən pik həddi olacaq.
Sərt monetar siyasətin təsirlərinin iqtisadiyyata təsirləri hiss edilmçəyə başladıqca dollar üzərində təzyiqlər daha da arta bilər.
Makroiqtisadi göstəricilərə gəldikdə isə ABŞ-ın texnologiya nəhənglərindən olan “Microsoft”un səhmlərinin 3%, “Amazon”un səhmlərinin 4.2%, “Alphabet”in səhmlərinin isə 3.8% ucuzlaşması diqqət çəkib.
Açıqlanan məlumatlara görə, ABŞ-ın xarici ticarət kəsiri aprel ayında aylıq müqatyisədə 23% artaraq 74.6 milyard dollarla son 6 ayın ən yüksək səviyyəsinə çatıb.
ABŞ-da 30 illik ipoteka (mənzil krediti) üzrə orta faiz dərəcəsi keçən həftə 6.81%-ə enərək, son 4 həftə ərzində ilk dəfə azalıb.
Ölkədə istehlak kreditləri aprel ayında əvvəlki aya görə proqnozlaşdırılandan daha çox, 23 milyard dollar artaraq 4.86 trilyon dollar həcmə çatıb.
Bu gün isə Avrozonada açıqlanacaq Ümumdaxili Məhsulun Həcmi və Amerikada dərc olunacaq ilk dəfə işsizlik müavinatı üçün müraciət edənlərin sayına dair statistik rəqəmlər investorların diqqət mərkəzində olacaq.
Dünən ticarət gününün sonlarına doğru dollar indeksi yenidən 103.64 səviyyəsinə qədər geriləsə də, buradan dəstək görərək 104 bənd hədlərinin üzərinə yüksəlib. DXY 103.50 bənd həddindəki psixoloji baryerin üzərində qaldığı müddətcə, artım tendensiyası 105 və 108 bənd hədlərinə kimi davam edə bilər.
Çərşənbə günü qızılın qiyməti 1969$-a kimi bahalaşsa da burada müqavimətlə rastalaşaraq kəskin ucuzlaşdı. Hazırda 1946$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 1941$-ın altına düşsə, eniş tendensiyası 1933$ və 1920$-a kimi davam edə bilər.
Məlumat İnvestAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 18 d. əvvəl
-
- 22 d. əvvəl
- 24 d. əvvəl
- 26 d. əvvəl
- 30 d. əvvəl
- 32 d. əvvəl
-
44 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım






.jpg)












.jpg)

