“Karvan-L” şirkətinin yeni məhsulları və metal-şüşə konstruksiya işləri sərgidə maraqla qarşılanıb - FOTOLAR
Rəna Qəfərova: “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda baş tutan sərgi yerli şirkətlər üçün uğurlu oldu“Karvan-L” Şirkətlər qrupunun icraçı direktoru Rəna Qəfərova “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda baş tutan tanıtım sərgisindən danışıb.
Onun sözlərinə görə, sərgidə şirkətin yeni məhsullarından, metal-şüşə konstruksiyadan ibarət işıq dirəyi və 360 dərəcə fırlanan mexanizmli iaşə obyektinə yararlı olan layihə və mürəkkəb fasad sistemləri və digər məhsulları təqdim etdik.
“O cümlədən “Karvan-L” şirkətinin tikinti sektorunda mürəkkəb konstruksiyalı və müasir dizaynı özündə birləşdirən metal-şüşə konstruksiya işləri də sərgidə nümayiş edildi. Gələn qonaqlar şirkətimizin fəaliyyəti, işləri, məhsulları ilə maraqlandı. Bu məni olduqca sevindirdi və bu sərginin yerli şirkətlərə verdiyi önəmli tanıtım mənə elə gəlir uğurla həyata keçdi. Sərgidə şirkətlərin bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulması baxımından müzakirələr keçirildi.
“Karvan-L” Şirkətinin təsisçisi və rəhbəri Əbülfəz Qafarovdur. Şirkət 30 il bundan öncə, 1993-cü ildə Əbülfəz müəllim tərəfindən qurulub. “Karvan-L” ailə şirkətidir. Bizim şirkətimiz ailə biznesini təmsil edir. Əbülfəz müəllimin övladları olaraq şirkətdə iş bölgüsü aparır, müəyyən işləri bizlər görürük. Ailə olaraq şirkətin işlərini həmrəyliklə, birliklə irəli aparırıq”.
R.Qəfərova bildirdi ki, 3 gün sözün əsl mənasında “Karvan-L” və digər yerli şirkətlər üçün uğurlu oldu:
“Daxili bazarlara çıxış oldu. Buna görə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”a minnətdarlığımı çatdırıram. Düşünürəm ki, sərgi bir çox sahibkara uğurlu və xeyirli olacaq. Sərigiyə marağın il-ildən artması da sevindirici hadisədir.
Onu da deyim ki, sərgidə “Karvan-L”-in 30 illiyi münasibətilə "ZD Travel” və Ömür klinikası ilə birgə təşkilatçılığımız əsasında lotereya oyunu da keçirildi. Qalib "ZD Travel"in təşkilatçılığı ilə Macarıstanın Budapeşt şəhərinə 3 günlük səfər edəcək".
Qeyd edək ki, iyun ayının 8-10 tarixlərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Baku Crystal Hall”da “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)







.jpg)

