Veysəloğlu Şirkətlər Qrupu “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda sərgidə iştirak edib
(®) 50-dən çox namizəd Veysəloğlu Şirkətlər Qrupunda işləmək üçün müraciət edib.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisində iştirak edib.
Sərgidə ziyarətçilərə Veysəloğlu Şirkətlər Qrupunun fəaliyyət istiqamətləri, iş imkanları, aktiv vakansiyalar və yeni istifadəyə verilən işə qəbul portalı barədə məlumat verilib.
Veysəloğlu Şirkətlər Qrupunun stendini ziyarət edən iştirakçıların şirkət təmsilçilərinə müraciət etməsinə imkan yaradılıb. Sərgi müddətində Şirkətlər Qrupuna işə qəbul ilə bağlı 50-dən çox fiziki müraciət daxil olub. Hazırda şirkət tərəfindən əldə olunan müraciətlərin dəyərləndirilməsi aparılır.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə keçirilib. Yerli şirkətlərin sərgisində sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox şirkət məhsul və xidmətlərini təqdim edib.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Dayanıqlı inkişafı dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir. Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində qaliblərdən biri elan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)









