Neftin qiyməti son 3 ayın ən aşağı səviyyəsində!
Zəif Çin ticarət məlumatları, ABŞ iqtisadiyyatındakı yavaşlama və Rusiyanın enerji ixracında müqavimət fonunda neft son üç ayın ən aşağı səviyyəsinə (minimumuna) düşüb.Çin və ABŞ-da neftə tələb proqnozu ilə bağlı davam edən narahatlıqlar fonunda neft qiymətləri təxminən üç ayın ən aşağı səviyyəsinə düşüb.
Marja.az xəbər verir ki, ABŞ xam neft fyuçersləri əvvəlki üç seansda 7 faizdən çox dəyər itirdikdən sonra bir barel üçün 67 dolların üzərində sabit qalıb. Brent neftinin qiyməti 72,49 dollara düşüb.
Çinin ticarət məlumatları zəifdir, Şimal-Şərqi Asiyadan beynəlxalq uçuşlar hələ də pandemiyadan əvvəlki səviyyələrdən xeyli aşağıdır. Bütün bunlar dünyanın ən böyük xam neft idxalçısında bərpanın zəif olduğunu göstərir.
Bununla bərabər, ABŞ iqtisadiyyatındakı yavaşlama və Rusiyanın enerji ixracının müqavimətli olması aşağı yönlü təzyiqi artıraraq, Səudiyyə Ərəbistanının hasilatı gündəlik 1 milyon barel azaltmaq qərarının təsirini ləğv edib.
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını son altı ayda üçüncü dəfə azaldıb, bunu təklifin artması və tələbin azalması ilə əsaslandırıb.
Analitiklər bildirir ki, Qərbdə yavaşlama və Çində qeyri-sabit bərpa gözləntiləri tələbə təzyiq göstərir.
Digər tərəfdən, ABŞ-da "soyuyan" inflyasiyanın bu həftə FED-in faiz artımını dayandırmaq səylərini dəstəkləyərək istehlakı stimullaşdıracağı gözlənilir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)









.jpg)




