"Dollar/Rubl məzənnəsində 80-90 rubl diapazonu ən optimaldır"
Belousov bildirib ki, indiki şəraitdə bir dollar üçün 80-90 rubl məzənnəsi Rusiya iqtisadiyyatı üçün optimaldır. Onun fikrincə, belə bir məzənnə “həm büdcə, həm də ixracatçılar və idxalçılar üçün” rahatdır. Keçən ilin sonunda Belousov bir dolların 70-80 rubl məzənnəsinin Rusiya iqtisadiyyatı üçün optimal olacağını bəyan etmişdi.Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov bildirib ki, Dollar/Rubl məzənnəsində 80-90 rubl diapazonu büdcə və xarici ticarət iştirakçıları üçün ən optimaldır.
“Mənim nöqteyi-nəzərimə görə, indi rubl iqtisadiyyat üçün optimal, az-çox rahat zonadadır”, - o deyib.
2022-ci ilin dekabrında Belousov Rusiyanın 70-80 rubl diapazonunda məzənnədən faydalanacağını söyləmişdi.
İyunun 14-də Dollar/rubl məzənnəsi ötən ilin aprelindən bəri ən yüksək səviyyəyə çatıb. Gün ərzində məzənnə 85,03 rubladək yüksəlib. Rubl avroya nisbətən də ucuzlaşır. Avro/Rubl məzənnəsi son iki ay yarımda ilk dəfə 91,7 rubl olub.
Rublun ucuzlaşması tendensiyası xeyli müddətdir davam edir - mayın 11-dən milli valyuta dollara nisbətdə 10 rubl dəyər itirib (təxminən 12%). Üstəlik, son bir həftə ərzində eniş sürətlənib - dollar 4 rubl, avro isə 5 rubldan çox bahalaşıb.
Mütəxəssislərə görə, idxalın artması, valyuta gəlirlərini konvertasiya etmək üçün ixracatçıların üzərinə öhdəliklərin olmaması, kapitalın davamlı axını rubla təzyiq edən amillər arasınddır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)








.jpg)






