ABŞ-dan laboratoriya istehsalı olan toyuq ətinin satışına icazə verdi
ABŞ Kənd Təsərrüfatı Nazirliyi laboratoriyada istehsal olunan toyuq ətinin satışı üçün iki şirkətə icazə verib. Beləliklə, ABŞ Sinqapurdan sonra hüceyrələrdən istehsal olunan ətin satışına icazə verən ikinci ölkə oub..ABŞ Kənd Təsərrüfatı Nazirliyi ilk dəfə laboratoriyada heyvan hüceyrələrindən istehsal edilən toyuq ətinin satışına icazə verib.
Marja xəbər verir ki "Upside Foods" və "Good Meat" şirkətləri laboratoriyada yetişdirilən ətləri satmaq üçün ABŞ Kənd Təsərrüfatı Departamentindən icazə aldıqlarını açıqlayıblar.
"Good Meat"in yaydığı açıqlamada, sözügedən təsdiqin birbaşa heyvan hüceyrələrindən istehsal edilən toyuq ətinin artıq Amerika istehlakçılarına satıla biləcəyi qeyd edilib.
ABŞ Qida və Dərman Administrasiyasının (FDA) daha əvvəl sözügedən ətin yemək üçün təhlükəsiz olduğunu qəbul etdiyini xatırladılaraq, "Good Meat" şirkətinin 2020 və 2021-ci illərdə Sinqapurda laboratoriya istehsalı olan toyuq əti üçün bir çox tənzimləyici orqanın təsdiqini aldığı qeyd edilib.
Açıqlamada, "Good Meat" tərəfindən istehsal edilən ilk toyuq ətinin ABŞ-ın paytaxtı Vaşinqtonda bir restoranda tərəfindən satışa çıxarılacağı bildirilib.
"Upside Foods"dan verilən açıqlamada şirkətin istehsal etdiyi toyuq ətinin Michelin ulduzlu aşpaz Dominique Crenn-ə məxsus San Fransiskoda Bar Crenn-də satışa çıxarılacağı bildirilib.
Beləliklə, ABŞ Sinqapurdan sonra hüceyrədən istehsal edilən ətin satışına icazə verən ikinci ölkə olub.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin bu addımı heyvanlara verilən zərəri aradan qaldırmağa, heyvan yeminin istehsalının və heyvan tullantılarının ətraf mühitə təsirini kəskin şəkildə azaltmağa yönəlmiş ət istehsalının yeni dövrünü açır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)








