Mühüm iştirak payına dair tələblər olacaq
Ödəniş təşkilatı, elektron pul təşkilatı və ya operatorun mühüm iştirak payının sahibi tələblərə uyğun olmalıdır.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, hər hansı bir şəxs ödəniş təşkilatı, elektron pul təşkilatı və ya operatorun nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə mühüm iştirak payını artıraraq nizamnamə kapitalının 20, 33 və ya 50 faizinə çatmasına, bu miqdarı keçməsinə, yaxud ödəniş təşkilatının, elektron pul təşkilatının və ya operatorun həmin şəxsin törəmə cəmiyyətinə çevrilməsinə gətirib çıxaran iştirak payını bu Qanunla müəyyən edilmiş qaydada Mərkəzi Bankın razılığı əsasında əldə edə bilərlər.
Qeyd olunan payın əldə edilməsindən əvvəl ödəniş təşkilatı, elektron pul təşkilatı və ya operator icazə almaq üçün Mərkəzi Banka ərizə təqdim etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- mühüm iştirak payının sahibi fiziki şəxs olduqda:
- şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” qanuna uyğun olaraq təsdiq edilmiş surəti;
- icazənin verilməsi ilə bağlı bu Qanunun 61.4.1-ci (Mərkəzi Bank ödəniş xidmətləri sahəsində innovativ xidmət və məhsulların sınaqdan keçirilməsi üçün xüsusi tənzimləmə rejimini tətbiq edə bilər) və 61.4.2-ci maddələri (Ödəniş xidmətləri sahəsində xüsusi tənzimləmə rejiminin tətbiqi “Azərbaycan Respublikasının Mərkəz Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir) ilə müəyyənləşdirilən şərtlərə uyğunluğu təsdiq edən sənədlər;
- mühüm iştirak payının sahibi hüquqi şəxs olduqda:
- hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surəti;
- nəzərdə tutulan iştirak payının əldə olunması barədə onun səlahiyyətli orqanının qərarının surəti;
- hüquqi şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin (üzvləri) mühüm iştirak payının əldə edilməsinə icazənin verilməsi üçün şərtlərə uyğunluğunu təsdiq edən sənədlər;
- ühüm iştirak pay sahibinin mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitinin mənbəyi.
Mühüm iştirak payının əldə edilməsinə icazənin verilməsi üçün şərtlər aşağıdakılardır:
- ühüm iştirak payını əldə edəcək fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin (üzvlərinin) vətəndaş qüsursuzluğu tələbinə cavab verməsi;
- mhüm iştirak payını əldə edəcək hüquqi şəxs barədə cinayət-hüquqi tədbirlərin görülməsi və ya hüquqi şəxsin müflis elan olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olmaması;
-mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyinin məlum olması, habelə mühüm iştirak pay sahibinin ödəniş təşkilatı, elektron pul təşkiatı və ya operatora təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsas verən faktların olmaması.
Qeyd olunan şərtə uyğunluq ərizə verən şəxs tərəfindən imzalanmış məlumat əsasında təsdiq edilir. Ərizəyə və ona əlavə edilmiş sənədlərə təqdim edildiyi tarixdən 60 (altmış) təqvim günü müddətində qaydada baxılır. Həmin müddət müddətində Mərkəzi Bank ərizəyə dair münasibətini yazılı surətdə bildirmədikdə, ərizəyə müsbət baxılmış hesab edilir. İcazənin verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində ödəniş təşkilatına, elektron pul təşkilatına və ya operatora təqdim edilir və ya elektron üsulla, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Mərkəzi Bankın verdiyi icazədə iştirak payının əldə edilməsinin başa çatmalı olduğu maksimum müddət qeyd olunur. Sənədlər tam təqdim edilmədikdə və ya müəyyənləşdirilən şərtlərə uyğunluq olmadıqda icazənin verilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edilir. Ödəniş təşkilatı, elektron pul təşkilatı və ya operator həmin qərardan məhkəməyə şikayət verə bilər.
Mühüm iştirak payının ödənilməsi üçün nəzərdə tutulmuş son müddət başa çatdığı gündən 5 (beş) iş günü müddətində nəzarət subyekti payın alınması barədə Mərkəzi Banka yazılı məlumat təqdim etməlidir. Mühüm iştirak payını əldə etmək istəyən şəxs payın ödənilməsi üçün müəyyən edilmiş son müddətədək həmin payı almadıqda və ya tam almadıqda Mərkəzi Bank məlumatlandırma üçün nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra 5 (beş) iş günü müddətində icazəni tam və ya əldə edilməmiş hissəyə münasibətdə ləğv edir və bu barədə şəxsə yazılı bildirişi təqdim edir və ya elektron üsulla, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərir.
Hər hansı bir şəxs mühüm iştirak payını əvvəlcədən icazəsi olmadan və ya bu Qanuna uyğun olaraq nəzərdə tutulmuş son müddət başa çatdıqdan sonra əldə etdikdə, Mərkəzi Bank həmin şəxsin ödəniş təşkilatı, elektron pul təşkilatı və ya operatordakı payının icazəsiz alınan hissəsinin müəyyən etdiyi tarixədək ləğv edilməsi barədə yazılı göstəriş verir. Həmin şəxsin ləğv olunmalı hissədə səsvermə hüququ olaraq ödəniş təşkilatı, elektron pul təşkilatı və ya operatorun qərarlarının qəbul edilməsində nəzərə alınmır. Operator bank olduğu təqdirdə mühüm iştirak payının sahiblərinə dair tələblər “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
50 d. əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
53 d. əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
1 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
1 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
1 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
-
1 saat əvvəl
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Ən çox oxunanlar
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"
3,4 milyard manatlıq güzəşt: Dövlət bu azadolmaları yenidən ölçür
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib

























