Moody's: Azərbaycanla gərginlik Ermənistanın iqtisadi durumunu ağırlaşdıra bilər
"Geosiyasi gərginlik genişmiqyaslı hərbi əməliyyatlara çevrilərsə, bu, Ermənistanın daxili siyasətinə sıçrayaraq, ölkənin iqtisadi və fiskal perspektivlərini ağırlaşdıra bilər".
Bu barədə "Moody's" beynəlxalq kredit reytinq agentliyinin Ermənistanla bağlı proqnozunda bildirilib.
Agentlik bildirib ki, Rusiya-Ukrayna müharibəsi Ermənistanın təhlükəsizlik arxitekturasının struktur dəyişikliyinə səbəb olub. Son bir ildə Ermənistan üçün geosiyasi risklər artıb. Ötən il ərzində Rusiyanın regional mövcudluğunun azalması Ermənistan və Azərbaycan arasında mübahisəli bölgələr üzərində hərbi toqquşmaların tezliyinin və intensivliyinin artması ilə üst-üstə düşüb. Bu atışmalar 2022-ci ilin ikinci yarısında iki ölkə arasında ağır toqquşmalarla nəticələnib. Hərbi gərginliyin tezliyi və intensivliyi yüksək olaraq qalır.
"Yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında münaqişənin uzunmüddətli həlli mümkün olmayacaq. İki ölkə arasında gərginlik yüksək olaraq qalacaq, lakin genişmiqyaslı hərbi əməliyyatlara keçməsi ehtimalı azdır. Aİ və ABŞ-ın regionda artan iştirakı, çox güman ki, tammiqyaslı münaqişənin qarşısını almağa kömək edəcək" - "Moody`s" əlavə edib.
©️Apa
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 17 d. əvvəl
-
- 24 d. əvvəl
- 53 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
2 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
12 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub



























