Analitik dolların 100 rubla bahalaşıb-bahalaşmayacağını bildirib
Analitik Antonov: Mərkəzi Bank çətin ki, dolların 100 rubldan yuxarı qalxmasına icazə versin."Rubl üçün əlverişsiz fon dəyişməyib və ilin əvvəlindən mənfi olaraq qalır. Eyni zamanda başa düşmək lazımdır ki, Rusiya valyutasının zəifləməsi üçün yuxarı həddlər yoxdur".
Marja.az xəbər verir ki, "BitRiver"in analitiki Vladislav Antonov bildirib.
Onun sözlərinə görə, rubl monetar orqanların icazə verdiyi qədər öz yerini itirəcək və indi tənzimləyici (Rusiya Mərkəzi Bankı - re) ucuzlaşma fonunda heç bir riskdən danışmır.
Antonov xatırladıb ki, 2022-ci ilin martında dolların məzənnəsi artıq 120 rublu keçib, ona görə də o, yenidən bu zonaya qayıda bilər.
"Digər tərəfdən, çətin ki, Mərkəzi Bank rublun bu qədər ucuzlaşmasına imkan versin. Çətin ki, iyulda dolların məzənnəsi 95 rubla çatsın. Axı siz başa düşməlisiniz ki, dolların 10 faizlik artımı ölkədə inflyasiyanı 15 faizə çatdıracaq. Tənzimləyici (Rusiya Mərkəzi bankı -red) rublun ucuzlaşmasında riskləri görən kimi o, milli valyutanı dəstəkləyəcək məhdudlaşdırıcı tədbirlər tətbiq edə biləcək”, - mütəxəssis izah edib.
"Rubl artan büdcə kəsiri, geoiqtisadi təzyiq, o qədər də "rahat" olmayan neft qiymətləri, eləcə də Rusiya iqtisadiyyatından kapitalın davam edən çıxarılmasının təzyiqi altındadır. İxracatçıların pullarının heç də hamısı Rusiya yurisdiksiyasına çatmır, KİV-in məlumatına görə, ixracatçıların gəlirləri xarici hesablarda qalır. Rublun ucuzlaşması ixracatçılar üçün sərfəlidir, lakin qalan 145 milyon rusiyalı və zəif rublun maliyyə vəziyyətinə son dərəcə mənfi təsir göstərən real iqtisadiyyat daha vacibdir", - Antonov yekunlaşdırıb.
Rusiyada Dollar və Avro bahalaşmağa davam edir: Bu gün avronun məzənnəsi 102 rublu, dolların məzənnəsi 93 rublu ötüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























