FAO və Ümumdünya Səhiyyə Təşkilatı aspartamın təhlükəsiz olduğunu təsdiqləyib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dünən birgə dərc etdiyi birmənalı qənaətə əsasən şəkərəvəzləyicisi olan aspartamın istifadə edildiyi qida və içki məhsullarının təhlükəsiz olduğu təsdiqlənmişdir.
ÜST və FAO-nun Qida Əlavələri üzrə Birgə Ekspert Komitəsi (JECFA) onilliklər ərzində toplanan mötəbər dəlilləri və dünya bazarında real istehlak məlumatlarını araşdıraraq aspartamın hər hansı zərər yaratmayacağı Gündəlik İstehlak Həddini müəyyənləşdirmişdir.
İçki Assosiasiyaları Beynəlxalq Şurasının (ICBA) İcraçı Direktoru Keyt Lotman ÜST və FAO-nun Birgə Ekspert Komitəsinin açıqlamasını alqışlayaraq bildirmişdir:
“Dünyanın aparıcı səhiyyə və qida təhlükəsizliyi mütəxəssislərinin bu qəti nəticəsi aspartamın təhlükəsiz olduğunu bir daha təsdiqləyir. Hərtərəfli araşdırmaya əsaslanan ÜST və FAO-nun ortaya qoyduğu nəticələr aspartamın təhlükəsizliyinə olan inamı daha da gücləndirir və istehlakçıların düzgün məlumalandırılmasında mühüm rol oynayacaq.
Birgə Ekspert Komitəsinin aspartamın təhlükəsizliyinə dəlalət edən müfəssəl rəyi 40 ildən artıq araşdırılan elmi sübutlar və 90-dan çox qida təhlükəsizliyi qurumlarının müsbət rəylərinə əsaslanır.”
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin İyunun 29-da sızdırılmış ilkin məlumatı və yenicə dərc etdiyi rəyinə münasibət bildirən xanım Lotman qeyd etmişdir: “Qida təhlükəsizliyi agentliyi olmayan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi isə indi özü rəsmi olaraq etiraf edir ki, aspartamı “məhdud” və “yetərli olmayan” dəlillərə əsaslanaraq araşdırıb, və beləliklə aspartam sağlamlıq üçün təhlükəsi eyni kateqoriyadan olan yüzlərlə digər qida əlavələrindən, məsələn aloe vera bitkisindən heç də fərqlənmir”.
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin sızdırılmış rəyi gərəksiz yerə insanlarda çaşqınlıq yaratmışdır. Lakin bu Agentlik özü də aspartamın təhlükəsizliyi təsdiq edən ÜST və FAO-nun ekspert komitəsinin rəyini üstün tutur, çünki məhz bu qurumlar aspartamın istehlakının təhlükəsizliyi ilə bağlı rəy verəcək səlahiyyətli təşkilatlardır.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
- 7 d. əvvəl
- 16 d. əvvəl
- 40 d. əvvəl
- 42 d. əvvəl
-
47 d. əvvəl
Sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər - AZAL-DAN DAHA BİR YENİLİK
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” POS-terminallarında "UnionPay" kartlarla ödəniş qəbulunu təqdim edir
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Avropa Bankı AccessBank-a 20 milyon dolları ayırır
bp-yə yeni baş icraçı direktor təyin edildi
Sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər - AZAL-DAN DAHA BİR YENİLİK
m10 və Mastercard yeni rəqəmsal kartı təqdim edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
NATO, 2026-cı il üçün hərbi büdcəsini açıqladı
Bir Bonus lotereyasının qalibləri bəlli oldu - SİYAHI
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib










.jpg)








