Qəbələdə kənd təsərrüfatı nəhəngi "New Holland" festivalı - FOTOLAR
14 iyul 2023-cü il tarixində Qəbələ rayonunda “New Holland” kənd təsərrüfatı texnikalarının festivalı keçirilmişdir.
Festivalın keçirilmə məqsədi kənd təsərrüfatı sahəsində dünyanın lider brendlərindən olan “New Holland” traktorlarını ölkəmizdə yerli fermerlər üçün əlçatan etməkdir. Bu məqsədlə festivala Azərbaycanın müxtəlif bölgələrindən fermerlər dəvət edilmişdir. Festivalda “New Holland” şirkətinin nümayəndəsi Jan Hendrik Albertus “New Holland” traktorlarının müxtəlif modellərinin xüsusiyyətləri və sahədə işləmə prinsipləri barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Tədbir zamanı dünyaca məşhur “New Holland” traktorlarının müxtəlif modelləri iştirakçılara təqdim edilmiş, texnikalar sahədə test edilmiş, fermerlər arasında şum yarışı keçirilmiş və torpağı ən yaxşı şumlayan fermerə hədiyyə təqdim edilmişdir. Tədbirdə sual-cavab formatında əyləncəli yarış keçirilmiş və qaliblər hədiyyələrlə təltif edilmişdir. Tədbirin gedişində uşaqlar üçün şou-proqam təşkil edilmiş, daha sonra gənc nəslin sevimlisi “Dervish Band” musiqi qrupunun konsert proqramı başlamış və sonda festival dj musiqi proqramı ilə başa çatmışdır.
Festivalda “New Holland” “CX6.90” modelli kombayn, “T7060”, “T6090”, “TD5.110”, “T4.95”, “T3.75F”, “TT3.50” modelli traktorlar, həmçinin türk və italyan aqreqatları da iştirakçılara təqdim edilmişdir. “New Holland”ın müxtəlif təyinatlı bu modelləri müasir eksteryer və interyer dizaynı, dözümlü mexanizmi, çoxfunksiyalı idarəetmə paneli, komfortlu kabini ilə fermerlərə sahədə əvəzolunmaz imkanlar təklif edir.
Ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi və kənd təsərrüfatı texnikalarını fermerlərə əlçatan etmək məqsədilə "New Holland"ın Azərbaycandakı rəsmi nümayəndəliyi mütəmadi olaraq ölkənin müxtəlif bölgələrində sahə günləri və kənd təsərrüfatı festivallarını təşkil etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)






.jpg)

