Azərbaycanın içməli su sektorundan yaxşı xəbər
"İpəksu" yoxlanılıb, mənbəyinin Xaçmaz rayonu olduğu təsdiq edilib."İpəksu" MMC şirkəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qablaşdırılmış içməli sularla bağlı apardığı yoxlamaların nəticəsi barədə məlumata və bu məlumatdan sonra bəzi istehlakçıların müraciətlərinə münasibət bildirib.
"İpəksu" şirkətinin rəsmisi Marja.az-a açıqlamalarında bildirib ki, “İpəksu” ticarət nişanı altında satışa çıxarılan məhsulun Dövlət tərəfindən müəyyən edilmiş keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olması faktı məhz bu araşdırmalar nəticəsində öz təsdiqini tapmışdır. Agentliyin iradı "İpəksu" məhsulunun etiketində suyun mənbəyinin "Xaçmaz rayonu artezian suyu" olduğu halda, "bulaq suyu" olaraq qeyd edilməsi olub.
""İpəksu" Azərbaycanda uzun müddətdir öz keyfiyyəti ilə tanınmış qablaşdırılmış su istehsalçılarından biridir. Şirkət, ISO 9001-2015 (Qazlı və qazsız, sərinləşdirici və alkoqolsuz içkilərin istehsalı) və ISO 22000-2018 (İçməli suyun qablarda istehsalı və qablaşdırılması) beynəlxalq sertifikatlarına malikdir.
11 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi saytında “AQTA qablaşdırılmış içməli sularla bağlı aparılan yoxlamaların nəticəsini açıqlayıb” adı altında məlumat dərc edilmişdir. Həmin məlumatdan göründüyü kimi, AQTA tərəfindən görülmüş tədbirlər çərçivəsində cari il ərzində ölkə ərazisində fəaliyyət göstərən 22 su emalı müəssisəsində planlı və plandankənar yoxlama həyata keçirilmişdir. Həmin yoxlama zamanı "İpəksu" ticarət nişanı altında istehsal olunan məhsullardan laboratoriya nümunələri götürülmüş və laborator müayinələrin nəticəsi olaraq “İpəksu” MMC-nin “İpəksu” ticarət nişanı altında istehsal etdiyi məhsulun Dövlət tərəfindən müəyyən edilmiş keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olması və mənbəyinin Xaçmaz rayonu olduğu faktı öz təsdiqini tapmışdır.
Həmçinin keçirilən yoxlama zamanı yoxlayıcı orqan tərəfindən "İpəksu" ticarət nişanı altında istehsal olunan 19 litrlik su məhsulunun üzərində suyun mənbəyinin "Xaçmaz rayonu artezian suyu" olduğu halda, "bulaq suyu" qeyd edildiyi müəyyən edilmişdir".
Şirkət rəsmiləri qeyd edib ki, geoloji mənbələrə istinad edildikdə, “bulaq suyu” dedikdə “yer altı suların qrunt üzərinə çıxması” başa düşülür. Artezian qurğu isə mexaniki vasitələrdən istifadə etməklə yerin dərin qatında yerləşən suyun çıxarılması üçün istifadə edilən qurğudur.
"Bu baxımdan da artezian qurğular ilə yerin dərin qatından əldə edilən suyun keyfiyyəti, heç də üst qatına çıxan suyun keyfiyyətindən aşağı sayılmır. Əksinə, əminliklə qeyd etmək olar ki, çox hallarda artezian qurğular vasitəsilə əldə edilmiş su məhsulu mineral tərkibinin göstəricilərinin zənginliyi baxımından, yerin üst qatından əldə edilmiş su məhsulunu mineral zənginliyinə və insan orqanizminə verdiyi faydaya görə üstələyir. Buna nümunə olaraq, bütün dünyada tanınmış Yessentuki və Borjomi ərazisində qazılan artezian quyularını qeyd etmək olar ki, sonuncunun hasilatı dərinliyi 140 metrdən 1500 metrədək olan 9 artezian quyu vasitəsilə həyata keçirilir".
Şirkət rəsmiləri əlavə edib ki, Azərbaycan Respublikasının “Qida təhlükəsizliyi haqqında” qanun 05 may 2022-ci il tarixində qəbul edilmiş və qanunun 38-ci maddəsinə əsasən həmin qanunun qüvvəyə minməsi ilə bağlı keçid müddəaları nəzərdə tutulmuşdur. Dövlət orqanı yeni qanunvericiliyinin tələbləri baxımından, məhsulların etiketlənməsi prosesinə məhz həmin meyarlar çərçivəsində yanaşaraq, istehsalçılar qarşısında yeni qaydalar müəyyən edir ki, bu da yeni qanunvericiliyinin tətbiqi prosesində təbii hal kimi qiymətləndirilməlidir.
Şirkət rəsmiləri həmçinin vurğulayıb ki, “İpəksu” MMC, istehsal etdiyi bütün məhsullarının keyfiyyətinə və AQTA tərəfindən müəyyən edilmiş qida təhlükəsizliyi standartlarına uyğun olmasına görə zəmanət verir.
Aşağıdakı videoda “İpəksu” şirkətinin fəaliyyətindən görüntülər ilə tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
4 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
5 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
6 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
6 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
6 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
7 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
7 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR










.webp)


.jpg)










.jpg)


