“İnnovasiyalar Mərkəzi” ilə "Azərlotereya" arasında memorandum imzalanıb
(®) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə "Azərlotereya" ASC arasında memorandum imzalanıb.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində baş tutan mərasimdə müqaviləni “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş imzalayıblar.
Memorandumun əsas məqsədi ölkəmizdə startap ekosisteminin inkişafına və vətəndaşların maarifləndirilməsinə yardım edən müasir pedaqoji və informasiya-kommunikasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlığı dərinləşdirmək və inkişaf etdirməkdir.
“İnnovasiyalar Mərkəzi” ilə ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın birgə əməkdaşlığı ideyalar, biliklər və vərdişlərlə təcrübə mübadilələrinin həyata keçirilməsinə, müasir cəmiyyət, təhsil və sənayedə informasiya texnologiyalarının tətbiqi ilə vətəndaşların maarifləndirilməsi niyyətinin reallaşmasına xidmət edəcək.
Memorandum çərçivəsində müxtəlif sahələrdə startapların, cəmiyyət üçün faydalı olacaq, dünya bazarına çıxarıla biləcək layihələrin dəstəklənməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır





















