“Azerbaijan International Mining Company"də 42 xarici mütəxəssis çalışır
Gədəbəydə qızıl, mis və gümüş hasilatı ilə məşğul olan “Azerbaijan International Mining Company" (AIMC) Azərbaycanda 1600-dən çox tamştatlı iş yeri yaradıb.
Marja xəbər verir ki, bu, “Azerbaijan International Mining Company’ (AIMC) Söyüdlü kəndi yaxınlığındakı tullantı gölü ilə bağlı yerli əhalinin qaldırdığı problemlərlə bağlı yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, işçilərin yalnız 42-sini xarici mütəxəssislər təşkil edir.
"Yerli işçi qüvvəsinə gəldikdə, AIMC ölkə daxilində yerli istedadların inkişafını fəal şəkildə dəstəkləyir və bunu davam etdirəcək. Sosial məsuliyyətə sadiqliyinə uyğun olaraq, AIMC tezliklə üç illik əhatəli korporativ sosial məsuliyyət strategiyasını işləyib hazırlayacaq",- məlumatda deyilir.
Qeyd edək ki, AIMC Azərbaycan Respublikası Hökuməti ilə "R.V. Investment Group Services LLC" (ABŞ) arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində Azərbaycanda müxtəlif qızıl və mis layihələrinin kəşfiyyatı, idarəedilməsi və hasilatın pay bölgüsünü əhatə edən əməliyyatlar üzrə faəliyyət göstərən şirkətidir. Onun portfelinə istismarda olan Qoşa və Gədəbəy mədənləri daxildir. Hasilatın Pay Bölgüsü Sazişi (PSA) çərçivəsində layihələr 51 faiz paya malik olan Azərbaycan Respublikası Hökuməti ilə tərəfdaşlıq şərtləri əsasında həyata keçirilir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)





.jpg)










.jpg)

