Milli daşıyıcıların beynəlxalq bazarlarda payı 8% artıb
Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarında artım müşahidə olunurAzərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) cari ilin 6 ayının yekunlarına dair statistik məlumatlarına əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarında bir sıra göstəricilər üzrə davamlı artım müşahidə olunmaqdadır.
AYNA-nın yaydığı məlumatda bildirilir ki, 2022-ci ilin müvafiq dövrü ilə 2023-cü ilin yanvar-iyun aylarının göstəricilərinin müqayisəsi daşımalarda istifadə edilən nəqliyyat vasitələri parkının genişləndiyini, daşıyıcıların sayının, eləcə də Azərbaycan daşıyıcılarının bazar paylarının daha da artdığını göstərir.
Bazarın genişlənməsi sayəsində Azərbaycanın ikitərəfli daşımalar üzrə beynəlxalq avtomobil daşımaları bazarı 2022-ci ilin yanvar-iyun aylarında 135,070 ədəd olduğu halda, bu göstərici 2023-cü ilin müvafiq dövründə 153,872 təşkil edib ki, bu da 13.9%-lik böyümə deməkdir.
Cari ilin 6 ayı ərzində Azərbaycanın beynəlxalq avtomobil daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sayı isə 11960 olub. Qeyd edək ki, 2021-ci ildə bu say təxminən 2400 təşkil edirdi.
Hesabat dövründə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə milli daşıyıcıların beynəlxalq bazarlarda payı 8% artıb.
3-cü ölkə daşımaları üzrə göstəricilərdə də artım dinamikası var. 2023-cü ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan daşıyıcıları tərəfindən həyata keçirilən 3-cü ölkə daşımaları 2 dəfə artıb. Belə ki, 2023-cü ilin yanvar-iyun aylarında 25,318 ədəd 3-cü ölkə daşımaları həyata keçirilib. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 12,592 ədəd artıq olub.
Avtomobil nəqliyyatı ilə tranzit daşımaların sayında qeydə alınan artım dinamikası isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52498 ədəd və ya 85.81% artaraq 113.675 ədədə çatıb.
Bu ilin 6 ayı ərzində ölkəyə idxal olunan dartıcıların sayındakı artım 2,5 dəfəyə yüksəlib. Ötən il istismar olunan dartıcıların sayı 908 ədəd idisə, bu il bu rəqəm 2246-dır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
14 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 15 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 23 saat əvvəl
-
23 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
23 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)




.jpg)



.jpg)







