Xərçəng xəstəliyi ilə vaxtında mübarizə aparın !
PAŞA Həyat çətin bir müalicə müddəti tələb edən xərçənglə mübarizədə sığortalıların həyatını asanlaşdıracaq “Korporativ Həyat Sığortası” məhsulu ilə seçilir. Məhsul xərçəngdən müalicə alan sığortalıların müalicələrində əhəmiyyətli ehtiyaclarının qarşılanmasını hədəfləyir.(®) Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2022-ci ildə xərçəng xəstəliyi ölüm hallarının ən böyük səbəblərindən biri olub. Xərçəng dünyada ürək xəstəliklərindən sonra ən çox ölümə səbəb olan xəstəlikdir. Son zamanlar ölkə və dünya mediasında xərçəng xəstəliyindən gənc yaşlarda ölüm xəbərlərinin olması da bunun bariz nümunəsidir.
İnsanlar bu xəstəliyin fiziki və psixoloji təsirləri ilə mübarizə apararkən, həm də xəstəliyin müalicəsi, düzgün həkim seçimi, keyfiyyətli xəstəxana ilə mübarizə aparmalı olurlar. Ölkəmizdə və dünyada sürətlə artan xərçəng xəstəliyi maddi olduğu kimi mənəvi mübarizəni də ehtiva edir.
Bu prosesdə PAŞA Həyat çətin bir müalicə müddəti tələb edən xərçənglə mübarizədə sığortalıların həyatını asanlaşdıracaq “Korporativ Həyat Sığortası” məhsulu ilə seçilir. Məhsul xərçəngdən müalicə alan sığortalıların müalicələrində əhəmiyyətli ehtiyaclarının qarşılanmasını hədəfləyir. Bu sığorta məhsuluna qoşulan şirkətlər öz əməkdaşlarının həyatını dünyanın hər bir nöqtəsində kritik xəstəliklər zamanı maddi təminat altına alır. Bir sözlə, xərçəng və ya digər kritik xəstəliklər (insult, miokard infarktı, aorto-koronar şuntlama, böyrək çatışmazlığı, iflic və s) zamanı ödənilmiş məbləğin istifadəsi əməkdaşın tam ixtiyarına verilir.
Bu sığorta növü kritik xəstəliklər zamanı əməkdaşın müalicəsi üçün tələb olunan xərcləri tam təmin edir. Ödənilmiş məbləğ əsasında sığortalanan əməkdaş öz müalicəsini istədiyi şəkildə (xəstəxana, ölkə və s.) özü təyin edə və ya seçə bilir.
Xərçənglə düzgün mübarizə aparmaq üçün yalnız şirkət əməkdaşı olmaq önəmli deyil, bu məhsula fərdi qaydada da qoşulmaq mümkündür. Xərçəngə qalib gəlmək bəzən xəstənin özündən asılı olur, bu məhsulla siz düzgün müalicə metodunu və müalicə üçün məkanı özünüz təyin edirsiniz. Sığortalıya ödənilmiş sığorta məbləğinin məhz hansı xərclər üzrə sərf edilməsi ilə bağlı sizdın heç bir hesabat tələb olunmur.
PAŞA Həyat Sığorta şirkəti tərəfindən təklif olunan “Korporativ Həyat Sığortası” və “Fərdi Həyat Sığortası” məhsulları haqqında ətraflı məlumatı (012) 942 nömrəsinə zəng edərək və ya PAŞA Həyat (https://pasha-life.az/products/korporativ-sigorta/) saytına daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
22 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?























