“Əmanətçilərin zərərini banklar üzərinə götürdülər”
“Manat resurslarının az olması kreditləşmənin istənilən səviyyədə olmasına mane olur”.
Bunu Bank BTB-nin Müşahidə Şurasının Sədri Rza Sadiq bildirib.
O, “lakin həm milli valyutamızın stabilləşməsi, həm də Cənab Prezidentimizin başladığı yeni iqtisadi təşəbbüslərin bəhrəsini verməyə başladığı dövrdə bankların da fəaliyyətində, həmçinin kreditləşmə sahəsində irəliləyişlər olacaqdır” deyə əlavə edib.
Sədr qeyd edib ki, iqtisadiyyatın ən sağlam subyektləri kredit almaqda korluq çəkmirlər.
Rza Sadiq Bank BTB-nin inkişafı mövzusuna toxunaraq deyib:
“İndiki şəraitdə strateji hədəflərdən fokusun itirilməməsi nə qədər çətin olsa da, biz Bank BTB olaraq çalışırıq ki, perspektivləri düşünək və sabahki günə daha hazırlıqlı, daha güclü və daha motivləşdirilmiş şəkildə çıxaq. Qeyd etdiyim ki, bu gün ən təhlükəli tendensiya gündəlik problemlərə qapılmaqdır və ona görə də biz artıq bu ilin əvvəlindən növbəti üç il üçün strateji planlaşma prosesinə başladıq. Hara və necə getməyimizi anlayırıq. Bunun üçün bizim kifayət qədər resurslarımız da vardır, həm maliyyə, həm insan, həm də infrastruktur formalaşdırılmışdır. Böhran şəraitində requlyatorun görəcəyi ən əsas işlərdən biri nəzarətin gücləndirilməsi, prudensial normativlərə riayət olunmasını təmin etməkdir. Biz də bu təşəbbüsü dəstəkləyirik və ona tam riayət olunmasına nail olmuşuq. Bununla yanaşı bankın inkişafına da yer ayırırıq. Bu il xidmət şəbəkəmizi həm regionlar istiqamətində, həm də Bakıda genişləndirmişik. İl ərzində aktivlərimizin həcmində də ciddi artıma nail olmuşuq. Ona görə deyə bilərəm ki, bəli, mən bankın fəaliyyətindən razıyam”.
Bankir bildirib ki, banklar özləri üçün ən çətin dövrdə əhalinin əmanətlərini dəyərsizləşmədən qorumuş oldular, əmanətçilərin devalvasiyadan çəkə biləcəyi zərəri özlərinin mənfəəti və kapitalı hesabına üzərinə götürdülər:
“Bəzi banklar buna tab gətirə bilmədi və hətta belə olan halda dövlət tərəfindən bütün qorunan əmanətlər tam həcmdə və yubadılmadan əhaliyə kompensasiya olundu. Eyni şəkildə valyuta məzənnəsinin kəskin şəkildə dəyişməsindən əziyyət çəkən borcalanlara qarşı da bankımız da daxil olmaqla bir çox banklar müəyyən güzəştlər tətbiq etməyə başladılar. Və bütün bunlar yenə də öz vəsaitləri, kapitalı hesabına”.
Rza Sadiqin geniş müsahibəsini buradan oxuya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
- 6 d. əvvəl
- 15 d. əvvəl
- 39 d. əvvəl
- 41 d. əvvəl
-
46 d. əvvəl
Sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər - AZAL-DAN DAHA BİR YENİLİK
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” POS-terminallarında "UnionPay" kartlarla ödəniş qəbulunu təqdim edir
- 1 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Avropa Bankı AccessBank-a 20 milyon dolları ayırır
bp-yə yeni baş icraçı direktor təyin edildi
Sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər - AZAL-DAN DAHA BİR YENİLİK
m10 və Mastercard yeni rəqəmsal kartı təqdim edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
NATO, 2026-cı il üçün hərbi büdcəsini açıqladı
Bir Bonus lotereyasının qalibləri bəlli oldu - SİYAHI
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib










.jpg)





.jpg)

