Dövlət şirkəti damazlıq yumurta istehsalı layihəsinə 3 milyona yaxın sərmayı yatırır
Dövlətə məxsus "Azərbaycan iİnvestisiya Şirkəti" (AİŞ) “Mərcan” brendi altında toyuq məhsulları istehsal edən "Azerbaijan Poultry Company" MMC-nin təşəbbüsü ilə həyata keçirilən Damazlıq Yumurta İstehsalı layihəsinə 2 milyon 290 min manat sərmayə yatırır.
Marja.az xəbər verir ki, "Yevlax Aqropark" ərazisində ən son texnologiya və müasir proseslərdən istifadə etməklə illik 18 milyon ədəd istehsal gücü olan yerli damazlıq yumurta istehsalı zavodu tikilir. Layihədə AİŞ-in payı 29.9% təşkil edir.
Layihə daha keyfiyyətli və münasib qiymətli damazlıq yumurta istehsal etməklə ölkənin idxaldan asılılığını azaltmaq və qida təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Xəbər verdiyimiz kimi, Azərbaycan və İsraili təmsil edən beş dövlət və özəl müəssisə yüksək keyfiyyətli inkubasiya yumurtaları istehsalı üçün birgə müəssisə yaratmaq haqda razılığa gəliblər. Birgə müəssisəsnin iştirakçıları; Azərbaycandan - özəl investisiya şirkəti "Moonwake", Azərbaycan Dövlət İnvestisiya Şirkəti, "Azerbaijan Poultry Compan" MMC, İsraildən -"Agrigo Group" və "Agri-tech şirkəti Shani Ray Technologies Ltd" şirkətləridir.
Birgə müəssisə istehsal 2024-cü ildə başlayacaq.
"Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) Prezidentin müvafiq Sərəncamı ilə 2006-cı ildə yaradılıb. AİŞ-in bütün payları Azərbaycan dövlətinə məxsusdur. Şirkət Müşahidə Şurası tərəfindən idarə edilir. AİŞ-in məqsədi Azərbaycan Respublikasının qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 26 d. əvvəl
-
- 32 d. əvvəl
- 41 d. əvvəl
-
52 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 56 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)




.jpg)









.jpg)
