Özbəkistanın əczaçılıq şirkətlərinin Pirallahı Sənaye Parkına investisiya yatırmaları müzakirə edildi
Özbəkistanın əczaçılıq sahəsində fəaliyyət göstərən 10-a yaxın şirkətinin nümayəndələri ilə Pirallahı Sənaye Parkına investisiya yatırılmasının prespektivləri müzakirə edilib.Özbəkistan Respublikasının Əczaçılıq Sənayesinin İnkişafı Agentliyi sədrinin müşaviri Xilola Qaniyeva və Özbəkistanın bir qrup əczaçılıq şirkətinin rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Pirallahı Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “Diamed Co” MMC-nin Birdəfəlik şpris istehsalı zavodunun fəaliyyəti ilə tanış olublar.
İqtisadi Zonaların İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində Bakı Biznes Mərkəzində Özbəkistan nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbərliyi arasında görüş keçirilib.
Qonaqları salamlayan İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün yaradılmış əlverişli investisiya mühiti, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib.
Görüş çərçivəsində Özbəkistan şirkətlərinin nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyətləri barədə təqdimatlarla çıxış ediblər.
Sonda sənaye zonalarında əczaçılıq sahəsində birgə layihələrin həyata keçirilməsi, farmasevtika istiqamətində əməkdaşlıq əlaqələrinin inkişafı üçün tədqiqat və inkişaf mərkəzinin formalaşdırılması imkanlarına dair məsələlər müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)


.jpg)



