Yeni şərab və meyvə şirələri istehsalı müəssisəsi istifadəyə veriləcək - 1,1 MİLYON MANAT SƏRMAYƏ
Qazaxda üzüm emalı, mini şərab istehsalı müəssisəsi istifadəyə veriləcək
Marja.az xəbər verir ki, müəssisə Qazax şəhəri, Əliağa Şıxlinski 18 K,18 L ünvanında yerləşir.
Müəssisə rəhbəri Bəhruz Dilbazi yeni fəaliyyətə başlayacaq istehsal müəssisəsi haqqında ətraflı məlumat verərək görülmüş və qarşıda nəzərdə tutulan işlərdən danışıb.
B.Dilbazi bildirib ki, ümumi torpaq sahəsi 1,05 hektar, işçi sahəsi 380 kv.m olan müəssisənin inşasına 2021-ci ilin yanvar ayında başlanılıb. Təmir-tikinti işləri, avadanlıqların xaricdən alınması, quraşdırılması daxil olmaqla, müəssisənin ərsəyə gətirilməsinə hazırki vəziyyətə kimi 1 milyon 100 min manat investisiya qoyulduğunu qeyd edib. Müəssisədə əsasən yerli üzüm sortlarından şərab istehsalının, eyni zamanda, üzüm, alma sirkəsi, müxtəlif meyvə şirələrinin istehsal olunacağını bildirib. Müəssisənin fəaliyyəti üçün lazım olan məhsulların ona məxsus olan Bala Çaylı kəndində salınmış 6,3 hektar üzüm, 1,2 hektar meyvə bağlarından yığılmasının nəzərdə tutulduğunu bildirib. Müəssisədə ilkin olaraq 15-20 nəfərin çalışacağını söyləyib. Müəssisədə quraşdırılan avadanlıqların əsasən İtaliya istehsalı olduğunu və xarici mütəxəssislər tərəfindən quraşdırıldığını vurğulayıb. Gələcəkdə müəssisənin fəaliyyət və istehsal sahəsinin daha da genişləndiriləcəyini qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


.jpg)



