Azərbaycanda ahıl şəxslərin sayı daha sürətlə artır
Azərbaycan Respublikasında demoqrafik vəziyyət əhalinin sayının ilbəil artması ilə səciyyələnir. 2000-ci ildə əhalinin sayı 8 milyon 32,8 min nəfər olduğu halda, 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən 10 milyon 156,4 min nəfərə çatmışdır. Əhalinin ümumi artımı müvafiq olaraq təbii səbəblərdən çətin həyat şəraitinə düşən şəxslərin sayına təsir etmişdir. Həmçinin orta ömür uzunluğunun artması əhalinin yaş strukturunda ahıl şəxslərin payının artmasını şərtləndirmişdir.
Marja.az xəbər verir ki, bu “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nda bildirilir.
Qeyd edilib ki, Azərbaycan Respublikasında ahıl şəxslərin sayı 2000-ci ildə 226,7 min nəfərdən 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən 452,1 min nəfərə çatmışdır. Beləliklə, son 22 ildə əhalinin ümumi sayı 26,44 faiz artdığı halda, ahıl şəxslərin sayında 99,4 faiz artım qeydə alınmışdır. Eyni zamanda, əlilliyi müəyyən edilmiş şəxslərin (o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin) sayı artaraq, bu müddətdə 251 min nəfərdən 615 min nəfərə qədər yüksəlmişdir. Azərbaycan Respublikası üzrə nikahdankənar evlilikdən dünyaya gələn uşaqların və boşanmaların sayının artması uşaqların valideyn himayəsindən məhrum olmasına öz təsirini göstərmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























