500 MVt olan külək-günəş enerjisi, enerji saxlanc sistemləri layihələri müzakirə edilib
Energetika naziri Pərviz Şahbazov “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimində iştirakı məqsədilə ölkəmizdə səfərdə olan “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyannenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə “Abşeron” yatağının yüksək hasilat göstəriciləri ilə istismara verilməsi və “Total Energies” şirkəti ilə əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Azərbaycanın enerji təchizatçısı kimi öhdəliklərinin yerinə yetirilməsində “Abşeron”un əhəmiyyəti, xüsusilə təbii qazın enerji təhlükəsizliyinin təminatında rolu vurğulanıb. Layihənin növbəti mərhələsi “Faza - 1” üzrə proseslərin inkişafına dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı “Total Energies” şirkətinin Azərbaycanda karbohidrogen sektorunda fəaliyyəti ilə bağlı məsələlərlə yanaşı, ümümi gücü 500 MVt olan külək-günəş enerjisi, enerji saxlanc sistemləri layihələrinin həyata keçirilməsi də müzakirə edilib.
Həmçinin ölkəmizdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı, şəbəkəyə inteqrasiyası və ixracı ilə bağlı layihələrin cari vəziyyəti nəzərdən keçirilib, əməkdaşlıq imkanları diqqətə çatdırılıb, növbəti addımlar razılaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)


