SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyane ilə görüşüb.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, görüşdə SOCAR ilə “TotalEnergies” şirkəti arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, birgə həyata keçirilən layihələrin ölkəmizin enerji təhlükəsizliyi və regionun iqtisadi inkişafı baxımından strateji əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində “Abşeron” qaz-kondensat yatağından İlkin Hasilat Sxemi (İHS) layihəsi üzrə qaz hasilatına başlanılmasının və bu münasibətlə təşkil olunan tədbirin tarixi əhəmiyyəti qeyd olunub. “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsinə dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən tapşırıqları rəhbər tutaraq, bu istiqamətdə görüləcək işlər müzakirə edilib.
Görüşdə, həmçinin İHS layihəsi üzrə cari əməliyyatlar, texniki və texnoloji təhlükəsizlik sistemləri, habelə “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi üzrə atılan addımlar və enerji sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)





