Bakıda dünyanın ən böyük investisiya şirkətlərindən birinin rəhbərilə görüş olub
5 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Brookfield” şirkətinin idarəedici partnyoru və Yaxın Şərq üzrə rəhbəri Jad Ellaun ilə görüşüb.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, görüşdə dünyanın ən böyük investisiya şirkətlərindən biri olan “Brookfield” şirkətinin müxtəlif ölkələrdə həyata keçirdiyi infrastruktur layihələri haqqında ətraflı məlumat verilib.
Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli korporativ strategiyasından bəhs edilib, bu xüsusda enerji təhlükəsizliyi, enerji keçidi, rəqəmsallaşma, biznes dayanıqlılığı, səmərəlilik və optimallaşdırma kimi təməl elementlərin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyi vurğulanıb.
Tərəflər Azərbaycanda xarici sərmayədarlar üçün yaradılan əlverişli investisiya mühitindən danışıb, bu istiqamətdə təmiz və rəqəmsal enerji texnologiyalarının tətbiqi, dekarbonizasiya, infrastruktur layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)






.jpg)
