Onlara lisenziya almaları üçün 6 ay vaxt verilib
Gələn ilin mayın 1-dək Azərbaycanda fəaliyyət göstərən ödəniş və elektron pul təşkilatlarının lisenziyalaşdırılması planlaşdırılır.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.
Onun sözlərinə görə, “Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında" Qanunun noyabr ayında qüvvəyə minməsindən sonra növbəti altı ayda ölkədə fəaliyyət göstərən ödəniş və elektron pul təşkilatlarının qanunun tələblərinə uyğun lisenziya almaları üçün müddət verilib.
"Bu qanunun gətirdiyi ən böyük üstünlük ödəniş xidməti təchizatçıları arasında bərabər bazar şəraiti yaratmaqla, onların sırf əməkdaşlıq və sağlam rəqabət prinsipləri əsasında fəaliyyətini təmin etməsidir", - K.Qurbanova bildirib.
AMB rəsmisi qeyd edib ki, bu qanunun qəbulu ölkədə tamamilə yeni ekosistemin formalaşdırılmasına imkan yaradacaq: “Ödəniş xidmətləri üzrə səmərəliliyin artırılması, inkluzivliyin genişləndirilməsi və istehlakçılara daha innovativ və əlverişli ödəniş məhsullarının verilməsinə şərait yaranacaq. Qanun xarici ödəniş xidməti təchizatçılarının ölkəmizdə fəaliyyəti üçün iki imkan yaradır. Onlar həm ölkəmizdə filial açmaqla, həm də filial açmadan banklarla müqavilə bağlamaqla fəaliyyət göstərə biləcəklər. Banklarla xarici ödəniş xidməti təchizatçıları arasında əməkdaşlığa dair tələblər də qanunda əks olunub”.
K. Qurbanova deyib ki, bu vaxta qədər həm MDB, həm də Avropa ölkələrindən Azərbaycanda filial açmaq üçün müraciətlər olur: “Bunun üçün qanunvericilikdə hansı tələblərin olduğu soruşulurdu. Artıq bu şərtlər qanunla müəyyən edilib".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
7 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)













.jpg)






