Dövlət Komitəsi: 2026-cı ilə qədər Kəlbəcərə 13 000 əhali köçürüləcək
"Cənab Prezident tərəfindən 3 kəndin, Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin, orta məktəbin, İşğal və Zəfər muzeylərinin də təməli qoyulub".
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib.
“Əlavə olaraq, Dövlət Şəhərsalma Arxitekturası tərəfindən İstisu qəsəbəsinin və əlavə 7 kəndin də ərazi planlaşdırma sənədlərinin hazırlanmasına başlanılmışdır. 2024-cü ildə 4 kəndin də ərazi planlaşdırma sənədlərinin hazırlanmasına başlanılacaq. Ümumilikdə 2026-cı ilədək 15 yaşayış məntəqəsi - bir şəhər, bir qəsəbə və 13 kənd olmaqla - bərpası, həmçinin 3500 mənzilin tikintisi nəzərdə tutulub. Bunun 1500-ü Kəlbəcər şəhərində, 2000-i isə digər ərazilərdə tikiləcək. Gələn ildən başlayaraq, 2026-cı ilə qədər Kəlbəcər şəhərinə 5000-dən çox əhali, digər ərazilərə isə 8000-ə qədər əhalinin köçürülməsi nəzərdə tutulub”, - o əlavə edib.
© APA
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
23 d. əvvəl
"Pul siyasətinin hədəfi 2026-cı ildə də inflyasiyanı 2-6% aralığında saxlamaqdan ibarət olacaqdır"
-
34 d. əvvəl
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
- 41 d. əvvəl
-
48 d. əvvəl
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
- 12 saat əvvəl
-
13 saat əvvəl
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
-
13 saat əvvəl
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi
-
13 saat əvvəl
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
-
13 saat əvvəl
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Mərkəzi Bank 2026-cı ildə 8 dəfə faiz qərarı açıqlayacaq
Xalq Bankdan illik 9% gəlir əldə etmək imkanı
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
Ən çox oxunanlar
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir






















