Qlobal bazarlarda son vəziyyət
(®) Dünən açıqlanan işsizlik müavinəti müraciətləri ilə bağlı məlumatlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz artımlarına son verməyəcəyinə dair narahatlıqları artırarkən, birjalarda dollın artım tendensiyası bir qədər də dərinləşib.
ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı sentyabrın 2-də bitən həftədə 13 min nəfər azalaraq 216 min nəfər olub. Bazar proqnozlarının altında olunan işsizlik müavinatı müraciətləri fevral ayından bəri qeydə alınmış minimumlara düşüb.
Analitiklər, investorların FED-in ilin qalan hissəsində faiz dərəcələrini sabit saxlayacağına ümid etdiklərini, lakin gözləniləndən daha zəif işsizlik müavinatı iddialarının investorların yapışqan inflyasiyadan narahat olmasına səbəb olduğunu vurğulayırlar.
Enerji qiymətlərindəki son artımlara işarə edən analitiklər, güclü məşğulluq bazarının FED-in potensial faiz artımına ehtiyacını artıra biləcəyini də qeyd ediblər.
Nəticədə dollar indeksi bir qədər də yüksələrək günü 105 bənd həddinin üzərində tamamladı.
Digər tərəfdən, Çindən gələn “iPhone” qadağası xəbərinin ardından çərşənbə günü təxminən 4% dəyər itirən “Apple” səhmlərinin dünən də ucuzlaşmaqda davam edib və təxminən 3% dəyər itirib. Şirkətin zərəri 2 gündə 200 milyard dollara yaxınlaşıb.
Fed rəsmilərinin açıqlamaları da təqib olunarkən, Nyu York FED sədri Con Uilyams gələn il işsizlik səviyyəsinin artacağını və 4%-in üzərinə çıxacağını proqnozlaşdırdığını qeyd edib.
Son 3 ayın minimumlarına qədər geriləyən EURUSD və GBPUSD məzənnələrində eniş tendensiyası divergensiya ilə müşayət olunur. Bu da bu cütlüklərdə korrektiv artımların yaşanacağı ehtimallarını gücləndirir. Bu səbəbdən də satış əməliyyatları zamanı ehtiyyatlı olmaq tövsiyyə olunur. Hazırda müvafiq olaraq 1.0710 və 1.2490 hədlərində dalğalanan EURUSD və GBPUSD məzənnələrində “ayılar” qiyməti 1.07$ və 1.25$ həddlərinin altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər.
Bu gün Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri EURUSD və GBPUSD məzənnələrində tendensiyaların gedişinə ciddi təsir edə bilər.
Məlumat İnvest-AZ İnvestisya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 35 d. əvvəl
-
-
38 d. əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
40 d. əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
46 d. əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
1 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Mayın 19-da gözlənilən hava şəraiti
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Ən çox oxunanlar
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər






.jpg)
.jpg)









.jpg)






