iPhone 15 modelləri təqdim edildi - QİYMƏTLƏR
ABŞ-ın Apple çərşənbə axşamı öz smartfonlarının yeni nəslini - iPhone 15 modellərini təqdim edib.
Marja.az xəbər verir ki, yeni smartfonlar sırasına müvafiq olaraq 6,1 və 6,7 düym ekran ölçülərinə malik iPhone 15 və iPhone 15 Plus modelləri daxil olacaq. Smartfonlar 48 meqapiksellik əsas kamera və sələfindən 20% az enerji sərf edən A16 Bionic prosessoru ilə təchiz edilir. Şirkət iddia edir ki, bir batareya doldurulması bütün gün davam edəcək.
Bundan əlavə, telefonu mexaniki gərginlikdən qorumaq üçün onun səthinə xüsusi keramika örtük çəkilib.
İlk dəfə olaraq Apple iPhone smartfonlarının flaqman modelinin (Pro Max) korpusu titandan hazırlanacaq. Bunun sayəsində yeni iPhone Pro Max sələflərindən daha yüngül olacaq. iPhone 15 və iPhone 15 Pro Max modelləri A17 Bionic prosessoru ilə təchiz olunur.
Yeni iPhone 15 xətti xüsusi Lightning konnektorunu əvəz edəcək USB-C konnektoru ilə təchiz ediləcək, yeni konnektor bütün Apple cihazları üçün universal olacaq.
Standart modelin qiyməti dəyişməz olaraq 999 dollar səviyyəsində qalacaq, flaqman modeli isə əvvəlki nəsillə müqayisədə 100 dollar bahalaşacaq – yaddaşın həcmi 256 GB olan versiya 1199 dollara satılacaq. Yeni modellər üçün cümə günündən etibarən sifarişlərin qəbuluna başlanacaq. Yeni smartfonların satışı isə sentyabrın 22-də başlayacaq.
Bundan əlavə, Apple yeni 9-cu nəsil iWatch seriyasını, həmçinin iWatch Ultra modelinin ikinci nəslini təqdim edib. Onlar yeni S9 prosessoru ilə təchiz olunacaqlar ki, bu da səslə idarəetmə funksiyalarını təkmilləşdirəcək. Şirkət iddia edir ki, yeni iWatch-in batareyasının yığdığı enerji 18 saat üçün kifayət edəcək və yeni “ağıllı saatlar”ın ekranı sələflərindən iki dəfə parlaq olacaq.
Daha ətraflı buradan məlumat ala bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)









