“McDonald’s Azərbaycan”ın dəstək olduğu tələbələrlə görüş keçirildi - FOTO
Görüşdə şirkətin baş direktoru Oskar Boqopolskiy də iştirak edib.Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “McDonald’s Azərbaycan” şirkətinin əməkdaşlığı çərçivəsində maliyyə yardımı göstərilən fiziki imkanları məhdud olan tələbələrlə görüş keçirilib.
Görüşdə “McDonald’s Azərbaycan” şirkətinin baş direktoru Oskar Boqopolskiy də iştirak edib. Keçirilən görüşdə dəstək olunan tələbələrlə fikir mübadiləsi aparılıb.
Ali təhsilin və özünüinkişafın vacibliyini qeyd edən O.Boqopolskiy gələcəkdə də belə görüşlərin keçiriləcəyini bildirib. O, həmçinin şirkətin tələbələrə təhsillərində dəstəyi davam etdirmək istəyini bir daha təsdiqləyib.
İqtisad Universitetində marketinq ixtisası üzrə təhsil alan Rəşad Hüseynzadə deyib:
“Təqaüdün bizə göstərdiyi imkanlarla biz öz maliyyəmizi daha çox özümüzü inkişafa, xarici dil bilikərimizi inkişaf etdirməyə yönəldə bildik. Bu bizə, tək maliyyə tərəfdən yox, eyni zamanda mənəvi tərəfdən də dəstək oldu. Ümid edirəm ki, belə dəstək layihələrinin əhatəsi daha da genişlənər. Bu, tələbələrin inkişafına böyük dəstək ola bilər”.
Layihə çərçivəsində təhsilhaqqı qarşılanan və ötən il məzun olan biri - Əhməd Abdullayev bildirib ki, o, hazırda Litvanın Vilnus Universitetində magistraturada təhsili alır.
“Belə dəstək layihələri tələbələrin müəyyən nüfuza sahib olmasına gətirib çıxarır. Görüşdə “McDonald’s”ın nümayəndələri ilə səmimi söhbətimiz oldu. Bizim fikirlərimizi dinlədilər, suallarımıza cavab verdilər. Bu maliyyə dəstəyi olduqca önəmlidir, bu layihədə iştirak edənlər də böyük uğurlara nail olacaqlar”.
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə 2023-cü ildə məzun olan Nəzrin Abbaslı bildirib:
“Universitetimizlə “McDonald`s”şirkətinin əməkdaşlığı nəticəsində həyata keçirilən bu layihənin qaliblərindən biri olduğum üçün çox şadam. Çünki bu layihə sayəsində təhsilhaqqı ödənişinin bir qismindən azad olarkən özümü universitet dərslərindən əlavə də inkişaf etdirməyim üçün şans yarandı. Bu fürsəti dəyərləndirərkən həm öz üzərimdə daha çox işləyə bildim, həm də ailəmin üzərinə düşən yükün yüngülləşdiyinin şahidi oldum.
McDonald’s şirkətinin rəhbərliyi ilə keçirilən görüşün də bizə böyük qatqısı olduğunu bariz şəkildə deyə bilərəm. Proqram iştirakçılarının suallarının daha dərindən cavablandırılması, xidmət sektorunun nə dərəcədə mürəkkəb və diqqət tələb edən sahə olsa da ölkədə bunlara əməl edildikdə inkişafın necə irəlilədiyini göstərdi”.
Qeyd edək ki, UNEC-in rektoru, professor Ədalət Muradov və “McDonald’s Azərbaycan” şirkətinin baş direktoru Oskar Boqopolskinin 2021-ci ildə imzaladığı Memoranduma əsasən, tərəflər tələbələrin müxtəlif istiqamətlər üzrə biliklərinin inkişaf etdirilməsi, praktiki proqramların təşkili, təlim xərclərinin ödənilməsi, həmçinin sertifikatlaşdırmadan keçmə kimi məsələlərdə əməkdaşlığa başlayıblar.
Memorandumun müddəalarının icrası çərçivəsində fiziki imkanları məhdud tələbələrə maliyyə yardımının göstərilməsi layihəsinə başlanılıb. Belə ki, müəyyən meyarlara uyğun olaraq, 15 namizəd arasından 5 UNEC tələbəsi seçilib və onlara maliyyə yardımı göstərilib. “McDonald’s Azərbaycan” şirkəti onların təhsil haqqını tam ödəyib və gələcəkdə də tələbələrə maddi dəstək verməyə davam etmək niyyətindədir.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 13 saat sonra
-
37 d. əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 4 saat əvvəl
-
7 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi


















