Palata: Əmlak Məsələləri tapşırığa icra edə bilmir, risk var
Əmlak Məsələləri Dövlət Komitəsi dövlət büdcəsində dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar proqnozunu icra edə bilməyib.
“Marja” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2017-ci ilin altı ayı üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin” təhlilində bildirilir.
Təhlildə qeyd edilir ki, 2017-ci ilin dövlət büdcəsində dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 200 milyon manat məbləğində müəyyən edilmişdir.
“Əmlak Məsələləri Dövlət Komitəsindən daxil olmuş məlumatlara əsasən, 2017-ci ilin 6 ayı üçün özəlləşdirmədən daxilolmalar 95 milyon 380 min manat (illik tapşırığın 47,7%-i) məbləğində nəzərdə tutulmuşdur. 2017-ci ilin 6 ayında dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 52 milyon 324,4 min manat (illik proqnozun 26,2%-i) təşkil etmişdir, 6 ay üçün müəyyən olunmuş tapşırıq 43 milyon 55,6 min manat və ya 1,8 dəfə az icra olunmuşdur. Bu mənbə üzrə proqnoz göstəricinin ilin sonuna icrasının 55,0-60,0% səviyyəsində olması riski var. 2016-cı ilin 6 ayı üzrə müvafiq göstərici ilə (3 milyon 813,2 min manat) müqayisədə özəlləşdirmədən daxilolmalar 48 milyon 511,2 min manat və ya 13,7 dəfə çox olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 9 saat əvvəl
-
9 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
9 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
10 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
10 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
10 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
























