Satışı 8 dəfə artan "Azesteelcompany" şirkəti böyük məbləğdə zərər edib
Sənaye qazlarının və metal məmulatların istehsalı ilə məşğul olan "Azesteelcompany" ASC (keçmiş "Express-C LTD") 2022-ci ili 1 milyon 806 min manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2021-ci ili 298 min manat xalis mənfəət ilə bağlamışdı. Ötən il xalis zərərin yaranması xərclərin yüksək olması ilə bağlıdır.
Marja.az Şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, "Azesteelcompany" şirkətinin 2021-ci ildə gəlirləri 2 milyon 449 min manat ikən, 2022-ci ildə 20 milyon 592 min manata yüksəlib (8,4 dəfə artıb).
Satışların maya dəyəri isə 10,7 dəfə artaraq 2021-ci ildəki 1 milyon 864 min manatdan 2022-ci ildə 19 milyon 928 min manata yüksəlib. Ötən il "Azesteelcompany"nin ümumi mənfəəti 663 min manat olub (2021-ci ildə 584 min manat).
Ötən il "Azesteelcompany"nin inzibati xərcləri 20 dəfə artaraq 1 milyon 442 min manat, maliyyə xərcləri isə 5,5 dəfə artaraq 760 min manat təşkil edib.
"Azesteelcompany" səhmdarları 4 fiziki (35,94%) və 1 hüquqi şəxsdir ( "AzFinance İnvestisiya Şirkəti" QSC, 65,06%-i).
Qeyd edək ki, "Azesteelcompany" şirkəti istiqraz buraxılışı yolu ilə investorlardan borc alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















.jpg)
